Bəqərə surəsi, 6-cı ayə

(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

Ramazanda ikitirəlik nə vaxt aradan qalxacaq?

Share Button

Bu il vahid təqvimə keçidlə bağlı Türkiyədə təşkil olunan tədbirin heç bir əhəmiyyəti olmadı

Azərbaycanda Ramazan ayı münasibəti ilə qılınacaq bayram namazının vaxtı açıqlanıb.

“Din.az” xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya bildirilib ki, bayram namazı iyulun 6-da səhər saat 09:00-da qılınacaq. QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə həmin gün Bakıdakı Təzə Pir məscidində bayram namazına qatılacaq.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şurası builki Ramazan ayı ilə bağlı fətvasında müsəlmanlar üçün bu müqəddəs ayın 1-i ayın görünməsi ilə miladi təqvimlə 7 iyun 2016-cı ilə təsadüf edib. Fətvada Eydül-Fitr – Ramazan bayramının Şəvval ayının 1-i – Ayın üfüqi ərazimizdə görünməsinə istinadən iyul ayının 6-na təsadüf etdiyi qeyd edilir.

Xatırladaq ki, Ramazan ayında müsəlman aləmində təqvim birliyini yaratmaq üçün bu ilin mayın 28-dən 30-dək İstanbulda qurultay keçirilib. Tədbiri Türkiyə Dəyanət İşləri Vəqfi, Avropa Fətva və Araşdırma Məclisi, Boğaziçi Universiteti Kandilli Rəsətxanası və İslam Hilalı Müşahidə Layihəsi təşkil edib. Qurultaya 50 ölkədən, o cümlədən Azərbaycan, Misir, Malayziya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ, Qətər, Mərakeş, İordaniyadan olan alimlər, astronomlar və fətva vermək səviyyəsinə malik dini liderlər qatılıblar. Tədbirdə qərara alınıb ki, iştirakçı 50 ölkə Ramazan ayının başlama və bitməsi, Qurban bayramı və digər dini bayramlar eyni gündə keçirilsin və bu zaman hicri-qəməri təqvimi əsas götürülsün. Amma bu qərara baxmayaraq islam ölkələrində yenə də bayram namazı fərqli günlərdə qılınacaq.

1448524869_610x380xjhjh.jpg.pagespeed.ic.ew88zh94odMövzu ilə bağlı bizimlə fikirlərini bölüşən ilahiyyatçı Elşad Miri deyib ki, iyulun 5-i islam ölkələrinin əksəriyyətində Ramazan bayramı qeyd olunur: “Azərbaycan bu il də ikitirəlikdən kənara çıxa bilmədi. Halbuki Ramazan ayında müsəlman aləmində təqvim birliyini yaratmaq üçün bu ilin mayın 28-dən 30-dək İstanbulda xüsusi qurultay keçirilmişdi və həmin tədbirdə də müəyyən razılıq əldə olunmuşdu. Lakin buna baxmayaq Azərbaycan həmin razılığa əməl etmədi. Çünki biz hələ də İranın təsirindən çıxa bilməmişik. İran bu məsələdə digər dövlətlərə həmişə müxalif mövqedə dayanıb. Azərbaycanda da bu ölkənin təsirindən çıxa bilmirlər. Buna görə də vahid təqvimə qoşulmağımız mümkün olmayıb”.

Məsələyə münasibət açıqlayan Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmər Cavadlı isə bizimlə söhbət zamanı deyib ki, Türkiyədə vahid Ramazan təqviminin tətbiq olunması ilə bağlı keçirilən qurultay tövsiyyə xarakterli olub: “Düzdür, Azərbaycan tərəfi də həmin tədbirə qatılmışdı. Amma orada aparılan müzakirələr tövsiyyə xarakterli 2532098_1idi. Həmin tədbirdə biz də öz mövqeyimizi bildirmişdik və əvvəlcədən demişdik ki, bu məsələdə fərqlərin ortaya çıxması normaldır. Biz astronomik göstəricilərə əsaslanaraq mövqeyimizi ortaya qoymuşuq. Məsələn, Türkiyədə bayram namazı Azərbaycandan bir gün əvvəl qılınacaq. Bu normaldır. Çünki Türkiyənin ərazisi böyükdür və astronomik göstəricilərə görə, ayın üfüqi ərazimizdə görünməsi Türkiyəyə nisbətən gec baş verir. Bu baxımdan bayram namazı iyulun 6-na təyin edilib”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir