Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Ramazanda kökəlməmək üçün…

Oruc tutarkən az maye qəbulunun daha çox yemək yeməyə səbəb olduğunu göstərir

İftar və sahur arasındakı müddətdə diqqət edilməsi lazım olan bəzi nüanslar var. Gün boyu susuzluğun qarşısını almaq üçün düzgün qidaları seçməyə diqqət etmək lazımdır. Bundan başqa yüksək miqdarda yağ və şirin qidalardan uzaq duraraq çəkinizi də nəzarət altında saxlaya bilərsiniz.

“Din.az” xəbər verir ki, Ramazanda iftar ilə sahur arasında balanslı bəslənərək bədəninizin hormonal və metabolik bir çox funksiyasında qabaqlayıcı təsir təmin edilə bilər. Türkiyəli diyetoloq Selahattin Dönmez, oruc tutarkən iftar və sahur arasında diqqət edilməsi lazım olan 3 nüansın olduğunu bildirir.

Birincisi, gün boyu susuzluğun qarşısını almaq üçün kifayət qədər maye qəbul etmək…

İkinci qayda, gün boyu tox qalmaq üçün düzgün qidalar seçmək…

Üçüncüsü isə, çox yağlı və şirin qidalardan uzaq durmaq çəkinizi nəzarət altında saxlamaqdır…

Elmi araşdırmalar: davamlı olaraq yatan, kifayət qədər maye qəbul edən, sahura qalxan və iftarda həddən artıq yeyərək bədəni yükləmək əvəzinə kalorisi aşağı olan qidalarla qidalanan insanlarda oruc tutmağın sağlamlığa faydalı olduğunu göstərir.

Kifayət qədər maye qəbul edin…

Oruc tutarkən kifayət qədər maye qəbul etməmək; gün ərzində yorğunluq, baş ağrısı, baş dönməsi və qəbizlik problemlərinə səbəb ola bilər.

İftardan sahura qədər olan müddət ərzində, mütləq ən azı 6-8 stəkan su içməyi unutmamalısınız. Su içərək vücuda alınan elektrolit kimi minerallar sayəsində yorğunluğun qarşısını ala bilərsiniz. Maye qəbulu yediklərimizin rahat həzm edilməsini təmin edər və qəbizliyin də qarşısını alar.

Araşdırmalar, oruc tutarkən az maye qəbulunun daha çox yemək yeməyə səbəb olduğunu göstərir. Su xaricində şorba, təzə meyvə, mineral su, təzə tərəvəzlər və çayın müxtəlif növlərindən istifadə edərək susuzluğun qarşısını ala bilərsiniz.

Təhlükəsiz maye qəbulu üçün; iftar və sahurda şorba içilə bilər, qara, yaşıl və ya digər bitki mənşəli çaylardan 4 fincan içə bilərsiniz. 1-2 stəkan təbii mineral su ehtiyacınızı qarşılaya bilər.

Sağlam İftar…

Qida istehlak araşdırmaları; iftarda doymuş və trans yağ turşusu yüksək olan ətlərin tez-tez qəbul edildiyi göstərilir. Ramazanda yağlılığı yüksək olan qidaları istehlak edənlərin daha asan kilo almağa meyilli olduğu bildirilir. Gün boyu ac qaldıqdan sonra hədsiz yağlı yemək, doymanı çətinləşdirir. Oruc açıldıqdan sonra qəbul edilən yeməyin miqdarına nəzarət edilməsi də çətinləşir. Bu səbəblə sosis, kolbasa kimi işlənmiş ət məhsulları ilə, qaymaq, kərə yağı kimi qidalardan uzaq durulmalıdır. Bunların yerinə az yağlı pendir və quru xurma kimi lif tərkibi yüksək olan qidalar ilə glisemik indeksi aşağı olan qoz, pomidor və xiyar kimi təzə tərəvəzlər yeyə bilərsiniz. Yağ nisbəti az və kalorisi aşağı olan qidalar, doymağı asanlaşdırdığı kimi oruc tutuduğunuz müddət ərzində vücudunuzun yağlanmasının da qarşısını alar.

Mədənizi yormayın…

Oruc açıldıqdan sonra çoxlu yemək yemək, həzm problemlərinə yol aça və şişkinliyə səbəb ola bilər. Bunun qarşısını almağın ən doğru yolu, iftara sağlam qidalarla başlamaq, ardından mütləq şorba içilməkdir. Evdə hazırlanan və ya hazır şorbalar, fərq etməz, şorbalar bir çox yeməklərə nəzərən daha az kaloriyə sahibdir və mədədə həcm tutaraq doymağı asanlaşdırır. Ramazanda şorba içərək oruc açma vərdişi həm mədəni rahatlatmaq, həm də həddən çox yeməyin qarşısını almaqda düzgün bir davranışdır. Ramazan boyu müxtəlif növ şorba içə bilərsiniz.

Şorbadan başqa tox tutan digər bir qida isə qatıqdır. İftarda az miqdarda olsa qatıq yeyin. Çox gözəl zülal qaynağı olan qatıq toxluq hissinin artmasını təmin edir. Davamlı olaraq yeyildiyində qatıq həzm problemlərini yox edir.

Yeməkləri növlərə ayırın…

Oruc tutarkən ət və tərəvəzlərlə hazırlanan qızartmaların, kərə yağlı plov və xəmirli bükmələrin böyük nisbətdə yeyildiyi göstərilir. Bu şəkildə qidalanan insanlar mədələrinə ağırlıq və sıxıntı hiss edə bilər. Sağlam qidalanmaya uyğun olmayan kalorisi yüksək olan yeməklərin yerinə, sobada bişmiş yağsız ət, ətli paxla və tərəvəz yeməklərini davamlı olaraq yeyə bilərsiz. Bitki yağları ilə bişirilmiş bulqur və makaron da toxluq hissinin artmasına kömək olacaq.

Diabet xəstələr üçün əhəmiyyətli olan oruc xəbərdarlığı…

Oruc tutmaq istəyən diabet xəstələri, diqqət!

Bəzi diabet növlərinin oruc tutulan zaman həyati təhlükəyə səbəb olacağı bildirilir. İnfeksiya və ağır ürək xəstəsi olarlar, öd kisəsi və böyrəyində daş olan diabetlilərin oruc tutması qorxuludur. Lakin oruc tutmağa vərdiş edən xəstələr mütləq həkimlərinə müraciət etməlidir.

Gün boyu susuzluğun qarşısını alan qarışıq…

İftara qədər susamanızın qarşısını alacaq xüsusi resept… Bu çayı sahurda bol-bol içə bilərsiniz.

1 stəkan dəmlənmiş qara çay,

1 ədəd quru darçın,

1 çay qaşığı quru qərənfil,

1 ədəd təzə limon,

750 ml su,

Dolçaya dəmlənmiş çayı tökün və bir limonun suyunu ora sıxın, daha sonra darçın, qərənfil və suyu əlavə edərək qarışdırın.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...