Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Ramazanda sağlam qidalanmağın 10 QIZIL QAYDASI

Orucluq zamanı yediyimiz və yemədiyimiz qidalar böyük əhəmiyyətə malikdir.

Bir neçə ildirik ki, Ramazan ayı isti günlərə təsadüf edir.
Din.az xəbər verir ki, belə günlərdə 14 saatdan çox tutulan orucluq zamanı yediyimiz və yemədiyimiz qidalar önəm daşıyır. İftar imsakın saat aralığı çox olduğu üçün həm səhər, həm də axşam qidalanmağımıza diqqət etməliyik.
Bu ayda 10 əsas nüansı bilməliyik:

1. İsti havalarda suya təlabat və maye itkisi çox olur. Qəbul etdiyimiz suyun böyük bir qismi tərlə bədənimizdən xaric olunur. Buna görə də iftar və imsak saatları ərzində 2-2,5 litr su içmək önəmlidir.

2. Bir çoxları çay, qəhvə, meyvə şirələri, qazlı içkilər bu kimi sulu məhsulları maye hesab edib qəbul etsələr də Ramazanda minimum səviyyəyə salmaq daha məsləhətlidir. Adi su daha faydalıdır. Çay, qəhvə kimi mayelər bədənin suya olan təlabatını artırdığı üçün bu kimi məhsulları ayran, mineral-qazlı sularla əvəz etmək məqsədəuyğundur. Xüsusi ilə də bu məsləhətlərə artıq çəki problemi olanlar diqqət etməlidir. Şəkərli qazlı içkilər qan şəkərinin tarazlığını korlayır.

3. İmsaka oyanmaq da önəmlidir. Belə ki, səhər yemək yeyilməməsi və ya su içilərək Orucun bağlanması 20 saatdan daha artıq ac qalmaq demkdir ki, bu da orqanizmə faydadan daha çox zərər edə bilər. Qan şəkərinizin düşməsi əhvalınızı aşağı saldığı kimi həyati riskə də səbəb olur.

4. İmsakla davam edək. İmsak zamanı tox tutan, amma mədə üçün ağır olmayan daha yüngül qidaların yeyilməsi məsləhətlidir. Kalorili qidalar yemək bir çoxlarına normal görünsə də iftara qədərki müddətdə bədənə mənfi təsir göstərir. Səhər yumurta kimi proteini bol qidaların menyuya daxil edilməsi uzunmüddətli toxluğa səbəb olacaqdır. Bu qaydaları sadalayarkən meyvə yeməyi də unutmamaq lazımdır.

5. iftardan İmsaka qədərki müddətdə 3 dəfəlik yemək menyusunu istifadə etmək lazımdır. Yəni iftar bir kasa şorba ilə açılmalı, bir sonrakı yeməyə keçmək üçün isə 15-20 dəqiqə gözlənilməlidir. Bu mədədə ağırlıq, həzmsizlik, köpmə prosesini azaldır. Yeməkdən 1,5 saat sonra kiçik qəlyanaltılar da sizə faydalı təsirini göstərəcəkdir. Xüsusi ilə də çərəzlər.

6. İfatrda isə ağ unla hazırlanan məmulatlar, düyü kimi kraxmallı qidalardan çox bulqur, kəpəkli- çovdar çörəkləri və ya kəpəkli makaron istifadəsi daha məqsədəuyğundur.

7. Bu ayda qızartma məmulatlarından uzaq durmaq məsləhətlidir. Buxarda bişirilmiş, qaynadılmış, kabab şəklində hazırlanmış və ya sobada hazırlanmış qidalar daha çox fayda etdiyi kimi, orqanizmə də mənfi təsir göstərmir.

8. Ac qalan bədənin ən vacib ehtiyaclarından biri də şirniyyata olan təlabatdır. Ramazan ayında daha yüngül, südlə hazırlanan şirniyyatlara üstünlük vermək mütəxəsislərin məsləhətidir. Uzun müddət ac qalmaqla aşağı düşən qan şəkərini şərbətli, yağlı və ağır şirniyyatlar birdən-birə qaldırdığı üçün orqanizmə fəsadlar gətirə bilər. Bunun üçün də dondurma və ya südlə hazırlanan yüngül şirniyyatlar həm sağlamlığa, həm də kökəlməməyinizə dəstək olacaqdır.

9. Ramazanda su və qidalanma saatlara bölünə bilmədiyi üçün qəbizlik problemi ilə qarşılaşa bilərsiniz. Buna görə də salat, meyvə, paxlalı bitkilər kimi əlavələri iftar imsak aralığına əlavə etməyi unutmayın.

10. İftardan iki saat sonra orta templi yürüyüş etsəniz həm qan təzyiqiniz stabil qalacaq, həm də Ramazanda kökəlmək probleminizin qarşısını alacaqsınız.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...