Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Ramazanda susuzluğun qarşısı necə alınmalıdır?

Əgər su içməkdən xoşunuz gəlmirsə, o zaman su ehtiyacınızı ayran, qatıq, çay, limonlu su ilə qarşılayın

Pomidor, xiyar kimi tərəvəzlərin tərkibinin 95 faizi sudur. Bu tərəvəzlər Ramazan ayında, xüsusilə də gün ərzində daha az susuzluq yaşanmasını təmin edir.

“Din.az” Türkiyə mediasına istinadən xəbər verir ki, sağlam Ramazanın yaşanmasının ən gözəl yolu iftar və sahur süfrələrinə bağlıdır. İftar və sahur yeməklərini tox tutan qidalarla hazırlayaraq oruc tutsanız daha gümrah və günü asan başa vura bilərsiniz.

Türkiyəli diyetoloq Emel Unutmaz Duman Ramazanda tox tutan qidaları və sağlam Ramazan süfrələrindən danışdı. Ramazan ayı ərzində ac qalmamaq üçün sahurlarda çoxlu yemək yemək və “bütün günü ac qaldım” düşüncəsi ilə iftarda yalnış qidalarla qidalanmaq ən çox edilən xətalardan biridir. Qida qəbulunun azalması ilə birlikdə maddələr mübadiləsi də aşağı düşər, yəni bədən digər günlərlə müqayisədə daha yavaş çalışar və bununla birlikdə kökəlmək də mümkündür. Bunun qarşısı almaq və daha da vacibi Ramazan boyu sağlam və balanslı qidalanmaq üçün bir neçə şeyə diqqət etmək və bunu sadəcə Ramazan ayında deyil, bütün aylarda davam etdirmək lazımdır.

Sahur səhər yeməyi kimi olmalıdır…

Sahur süfrəsi yüngül səhər yeməyi kimi olmalı, amma yenə də insanın ehtiyac duyduğu karbohidratlı, zülallı, yağ, vitamin və minerallı yeməklər təşkil etməlidir. Yəni həm insan üçün həzmi asan olan, həm də tox tutan özəlliyə malik olmalıdır. Bu səbəblə də bir az yağlı olan qidalar seçilməlidir. Çünki yağlı qidalar mədədən keçmə sürətini yavaşladar və toxluğun uzun müddət qalmasına səbəb olur. Ona görə də, sahurda müəyyən miqdarda fındıq, qoz, badam kimi yağlı toxumlar yeyə bilərsiniz.

Pidə və plovmu?

Oruc tutan insan ehtiyac duyduğu zülal, vitamin və mineralı təmin edəcək qidaları iftar və sahur arasındakı zamana bərabər şəkildə paylaşdırmalıdır. Ona görə də Ramazanda sahura qalxmaq yaxşı və dayanıqlı qidalanmaq baxımından çox vacibdir. Bu səbəblə iftar və sahur arasında bir və ya iki dəfə qidalanmaq daha faydalı olacaqdır. İftardan 1-2 saat sonra almanız lazım olan vitamin və mineral qəbulunu meyvə ilə təmin edə bilərsiniz.

Düyüsüz şehriyyə şorbası…

İftar üçün doyurucu və həzmi asan olan şorba ilə başlamaq ən doğru olanıdır, ancaq bu şorba mümkün olduğu qədər tərkibində karbohirdar olmayan, yəni unsuz, düyüsüz şorba olmalıdır, məsələn tərəvəz şorbası və ya quru paxla şorbaları kimi… Arada sadəcə salat qəbul edərək ən azından 10-20 dəqiqə fasilə vermək lazımdır. Daha sonra ana yeməyi yemək və tərkibi karbohidratlı qidalar yemək olar. Əgər iftarda pidə yeyiləcəksə, makaron və plovu ya az miqdarda, ya da heç yeməmək lazımdır. Və iftar yeməyindən 1-2 saat sonra qatıq və ya çox ehtiyac duyursunuzsa meyvə yemək faydalıdır.

Meyvə suyu yerinə meyvə…

Ramazanda sahur üçün planlaşdırılan əsil vacib olan nüans tox qalma müddətinin uzun zaman davam etməsidir. Toxluğu uzun müddət saxlayacaq qidalar isə həzmi və sorulması uzun zaman davam edən qidalardır. Xüsusilə aclığın qaynağı olan qan şəkərinin düşməsidir. Qan şəkərinin düşməsini əngəlləyəcək qidalar olmalıdır. Lakin Ramazanda bizim istəyimiz, qan şəkərimizi sürətlə yüksəldən qidalardansa, yavaş yüksəldən və yavaş düşməsini təmin edəcək qidaların yeyilməsidir. Məsələn, ağ çörək yerinə kəpəkli çörək, meyvə suyu yerinə meyvənin özünün yeyilməsi kimi seçimlər etməlisiniz.

İftar və Sahura su ilə başlayın…

Uzun və isti yay günlərində oruc tutanların ən böyük sıxıntısı susuzluqdur. İftardan sahura qədər arada olan vaxt yaxşı dəyərləndirilərsə, oruclu olarkən daha az susuzluq çəkmək mümkün olacaq. Belə ki, iftar və sahura böyük stəkan su ilə başlayın. İftarla sahur arasındakı müddət qısa olduğu üçün yemək yedikdən sonra davamlı olaraq az-az su içməyə və bu suyun otaq temperaturunda olmasına diqqət etmək lazımdır. Suyun ən gözəl qaynağı isə meyvə və tərəvəzlərdir. Çoxlu maqnezium, kalium və lif baxımından zəngin olan pomidor, xiyar kimi tərəvəzlərin tərkibinin 95 faizi sudur. Həm tox tutar, həm də gün ərzində daha az susuzluq yaşanmasına kömək edər.

Əgər su içməkdən xoşunuz gəlmirsə…

Su içmək Ramazanda ən çox nəzərdən qaçan, lakin ən əhəmiyyətli mövzudur. Xüsusilə də ac qalma müddətinin uzun olması və bu il Ramazanın isti günlərə təsadüf etməsi bu mövzunun daha da vacib olduğunu bildirir. İftar ilə sahur arasında insanın 2-3 litr su içməsi lazımdır. Əgər su içməkdən xoşunuz gəlmirsə, o zaman bir qədər su içdikdən sonra yerdə qalan su ehtiyacınızı ayran, qatıq, çay (açıq və şəkərsiz) və ya suyun içinə limon, nanə, meyvə suyu və ya meyvə dilimləri qatıb ləzzətləndirərək qəbul edə bilərsiniz. Qan şəkərinizi tənzimləməyə kömək olması üçün bu suyun içinə darçın qata bilərsiniz.

Tərəvəzsiz olmaz…

Qidalanmaq üçün verilə biləcək ən yaxşı nümunələrdən biri də tərəvəz qrupudur. Ramazan boyu istər bişmiş, istərsə də çiy tərəvəz süfrənizdən əskik olmamalıdır. Tərəvəzlərin tərkibində karbohidratın miqdarı yüksək olduğu üçün bu tərəvəzləri qəbul edərkən miqdarına diqqət etməkdə fayda var. Məsələn, karbohidrat nisbəti yüksək olan tərəvəzlər kök, şalğam, yaşıl noxud, sarımsaq, paxla və ənginardır.

Sahurun şah yeməyi yumurta…

Tox tuta biləcək qidalardan biri də proteinli yeməklərdir. Həzm sistemindən daha yavaş keçdikləri üçün toxluq hissi daha uzun müddət davam edər. Ət, pendir, yumurta, süd və qatıq bu qrup qidalardandır. Sahur süfrəsinə qoyacağınız pendir, yumurta və süd həm ehtiyacınız olan proteini almağınıza, həm də toxluğunuzun uzun müddət davam etməsini təmin edəcək.

Market alış-verişlərinizdə seçimlərinizi bu siyahıya uyğun etsəniz, getdiyiniz yerlərdə sadaladığımıza uyğun sifariş versəniz bunlar sizin üçün Ramazan boyu yetərli olacaq.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...