Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Ramazanda yetim uşaqların arzuları yerinə yetirildi – İbrətamiz

“Ramazanda yetim uşağın arzusunu yerinə yetir” aksiyası keçirilib.

Öz istəkərinə uyğun olaraq onlara telefon, velosiped, futbol topu, kitab və s. verildi…

Qırğızıstanda Ramazan ayı səbəbi ilə “Ak-Niet”(“Ağ niyyət”) Uşaq evindəki yetim uşaqların hər birinə arzuladıqları hədiyyələr təqdim edilib.

Din.az Moderator.az-a istinadla xəbər verir ki, bu xeyirxah və ibrətamiz əməl “Ramazanda yetim uşağın arzusunu yerinə yetir” aksiyası çərçivəsində baş tutub. Bir ay öncə “Umma”(“Ümmət”) İslam jurnalının könüllüləri Uşaq evini ziyarət edərək bütün uşaqların sahib olmağı arzu etdikləri əşyaların adlarını yazmalarını istəyiblər. Uşaqların istəklərinə mobil telefon, velosiped, futbol topu, idman forması, skeytbordlar, roliklər və kitablar daxil olub. Uşaqların bütün arzuları adi tələbələr, müəllimlər, hökumət məmurları, iş adamları, özəl şirkətlər və hətta xarici qonaqların sponsorluğu sayəsində yerinə yetirilib.

Hədiyyələrin rəsmi təqdimatı “Tubeteyka Family” restoranı ərazisində yerləşən Ramazan çadırında baş tutub. Uşaqlara hədiyyələr sponsorların özləri tərəfindən verilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...