Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

RAMAZANDAN SONRA NECƏ QİDALANMALI? – VİDEO

Orqanizmimiz uzun müddət aç qalmağa öyrəşib.

Artıq mübarək Ramazan ayını geridə qoyduq. Sabah bayramdır. Bir çoxları bir ay müddətində oruc tutdu. Bu isə o deməkdir ki, orqanizm bir ay ərzində ac və susuz qalmağa öyrəşdi. Artıq Ramazan ayı da arxada qaldı. Süfrələr yenə naz-nemətlərlə bəzənəcək. Ancaq mütəxəssislər ramazandan sonra düzgün qidalanmaya riayət edilməsinin vacibliyini vurğulayırlar.

Şirniyyatlar, cürbəcür yeməklər və meyvələr…

Din.az “Milli.Az”a istinadən bildirir ki, Ramazan ayı boyunca qidalanma vərdişimiz dəyişdi. Orqanizmimiz uzun müddət aç qalmağa öyrəşdi. Bəs indi düzgün necə qidalanmaq olar?

Həkimlər Ramazandan sonra vücudumuzda hər hansı bir neqativ halın baş verməməsi üçün düzgün qidalanmaya fikir verməyin vacib olduğunu vurğulayırlar.

Bayramda əsasən şirniyyatlardan, qazlı içkilərdən və ağır yeməklərdən uzaq durmaq lazımdır. Əgər qida normalarına əməl olunmasa, o zaman fəsadlar əmələ gələ bilər

Odurki, səhhətinizdə hər hansı bir problem yaşanmasını istəmirsinizsə qidalanmanızı sistemləşdirin.

 

 

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...