Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Ramazanı sağlam şəkildə keçirməyin formulu

“Oruc tutanlar süfrələrində 6 qida qrupuna diqqət etmələrini və çox su içmələrini tövsiy’ edirik”.

Qidalanma və pəhriz sahəsində mütəxəssis olan Nil Şahin Gürhan, oruc tutanların qidalanmasına hər zaman olduğundan daha çox əhəmiyyət vermələrinin zəruri olduğunu vurğulayaraq deyib: “İftar və sahur süfrələrinizi nizamlı qurun, çox su için, iftardan sonra mütləq bir qədər piyada yeriyib metabolizminizi sürətləndirin”.


Din.az Türkiyənin “hurriyet.com.tr” saytına istinadən xəbər verir ki, oruc tutanlara süfrələrində 6 qida qrupuna diqqət etmələrini və çox su içmələrini tövsiyə edən Nil Şahin Gürhan deyir: “Bu il tətbiq olunacaq qidalanma hər zaman olduğundan çox əhəmiyyətlidir. Çünki həm su itkisini minimum səviyyədə saxlamalı, həm də metabolizmimizi azaltmadan sağlamlığımızı qorumalıyıq. Buna görə də iftar və sahur süfrələrində nizama diqqət etmək çox vacibdir.
Birinci qrup ət, balıq, toyuq, yumurta və pendirdən ibarətdir. İkinci qrup çörək, plov və makarondan ibarət un məmulatlarıdır. Üçüncü qrup süd və yoqurt, yəni tərkibində kalsium olan qidalardır. Dördüncü qrupu tərəvəz adlandırırıq. Bu qrupda tərəvəz yeməkləri və salatlar vardır. Yağ qrupu olan beşinci qrup xüsusən nizamlı qidalanma üçün çox əhəmiyyətlidir. Tövsiyə edirik ki, salatlara mütləq zeytun yağı əlavə edəsiniz. Bundan başqa, 4-5 ədəd zeytun da yeyə bilərsiniz. Altıncı qrup olan meyvələr şirniyyat ehtiyacını təmin edən qidalardır. Xüsusən yeməkdən dərhal sonra meyvə yemək şirniyyat ehtiyacını ən doğru ödəmə yoludur. Sahurun sonunda bir meyvə və iftar yeməyindən sonra təzə meyvələr qidanızı zənginləşdirir”.
Pəhriz üzrə mütəxəssis Nil Şahin Gürhan sahurda gündüz tox saxlayacaq, enerjini qoruyacaq məhsulların qəbul edilməsini vurğulayıb. O, iftarda və sahurda nə yeyəcəyi ilə maraqlananların suallarına cavab olacaq tövsiyələr verib:
– Həm iftarda, həm də sahurda minimum 1,5 litr su için.
– Sahurda sizi tox saxlayacaq, digər tərəfdən isə rahat həzm olunacaq yüngül və az yağlı qidalar qəbul edin.
– Sahurda səhər yeməyi doğru seçiminiz olacaq. Süfrənizdə pendir, yumurta, süd, yoqurt, kefir, yaxud taxıl unundan çörəyin olması gözəl olar. Cəfəri, kərə yağı, turşəng və pomidor kimi çiy tərəvəzlərlə süfrənizi zənginləşdirin. Təzə meyvə sahurda metabolizminizi sürətləndirəcək.
– İftar süfrəsində ilk olaraq şorba için və mütləq şorbadan sonra digər yeməkləri də yavaş-yavaş yeyin.
– İftarda qızardılmış, yaxud yağlı ət əvəzinə qaynadılmış və ya çox az qızardılmış yeməklərə üstünlük verin. Bununla yanaşı, bulqur plovu, düyü plovu, makaron və ya taxıl unudan bişirilən çörək yeyin.
– Şirniyyat və ya quru meyvə yemək üçün iftardan sonra 2-3 saat gözləyin. Şirniyyat kimi dondurma, güllaç, sütlaç, muhəlləbi kimi südlü qidalara üstünlük verin.
– İftardan sonra mütləq açıq havada qısa və orta sürətlə yeriyin. Nəticədə metabolizminiz güclü qalacaq, sağlamlığınızı da qorumuş olacaqsınız.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...