Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Paşazadə İranın dini liderini təqlid edir…

Qafqaz Müsəlmanlar İdarəsi bu məsələdə yenə də bütün İslam dünyasını deyil, İranı əsas götürür.

Hər il olduğu kimi bu il də ölkəmizdə Ramazan ayıyla bağlı ikitirəlik yarandı. Belə ki, ibadət edən insanların bir hissəsi artıq bu gündən oruc tutmağa başladılar. Digər hissəsi isə Qafqaz Müsəlmanlar İdarəsinin fətvasına əsasən sabahdan başlayaraq oruc tutacaqlar.

Görəsən, bu hal nə zamana qədər belə davam edəcək? Nə zamana qədər müsəlmanlar dini bayramlarında belə eyni fikrə gəlməyi bacarmayacaqlar?

Moderator.az bununla bağlı tanınmış ilahiyyatcı Elşad Mirinin fikrlərini öyrənib. Din.az moderator.az-a istinadən Elşad Mirinin açıqlamalarını təqdim edir:

Bu gündən artıq oruc tutmağa başlayan Elşad Miri isə bu tarixin hər yerdə eyni gündə başlamasını istədiyini və buna ümid etdiyini deyib: “Çünki müsəlmanların birliyi, vəhdəti naminə gözəl bir işdir. Amma təəssüflər olsun ki, Qafqaz Müsəlmanlar İdarəsi bu məsələdə yenə də bütün İslam dünyasını deyil, İranı əsas götürür. Və hər il də ona uyğun olaraq addımlar atır. Bunu da qınaya bilmirəm. Çünki bildiyimiz kimi həmin idarənin rəhbəri Şeyxülislam Allahşükür Paşazadə özü də İranın ali dini lideri Ayətullah Xamneyini təqlid etdiyini etiraf edir.

Bu gün mən üç ərəb ölkəsində oldum, o ölkələrin hamısında Ramazan ayın 6-dan başlayıb. Hətta Məkkənin özündə də bu gün insanlar oruc tutublar. Ancaq təəssüf ki, Azərbaycanda bir qurumun insanları yalnış yönləndirməsi bu cür qarışıq faktlara gətirib çıxarır.

Onlar deyirlər ki, biz Şamaxı rəsədxanasının verdiyi məlumatlara uyğun fətva veririk, yəni guya elmi tərəfi var. Amma rəsədxanada adının açıqlanmasını istəmədiyim şəxslərlə söhbətlərim olub. Onlar deyiblər ki, bizim heç bir günahımız yoxdur, bizə tapşırıq verilib ki, biz deməmiş heç bir açıqlama verməyin, nə deyiriksə, onunla oturub durun. Biz də onların dediyi vaxta uyğun olaraq açıqlama verməyə məcbur oluruq. Ötən il hətta rəsədxananın həmin işçiləri mətbuata açıqlama da vermişdilər. Ancaq sonradan rəhbərlikdən onlara xəbərdarlıq edilmişdi ki, heç kim açıqlama verməsin. Təəssüflər olsun ki, Ramazanın mahiyyəti bir kənarda qalır, insanlar yalnız bu gün girəcək, sabah girəcək, filan saatda açılacaq, filan saatda açılmayacaq kimi doğru olmayan, insanların zamanını alan məsələlərlə məşğul olurlar”.

Rumiyyə

MÜZAKİRƏ

1 şərh Paşazadə İranın dini liderini təqlid edir… üçün

  1. Vadar dedi:

    İnqilab lazımdır! Amma beyində! O da ki, bizdə yoxdur!

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...