Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Ramin İgidov: “Gürcüstanda dinin tədrisi ədalətli olmalıdır”

“Dinlərlə bağlı veriləcək məlumatlar ölkədə dinlərarası dostluq münasibətlərini təbliğ etməlidir”.

“Gürcüstanda orta məktəblərdə dinin tədrisində obyektivlik qorunmalıdır”.

Din.az bildirir ki, bunu APA-nın yerli bürosuna Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) şeyxi Hacı Ramin İgidov deyib. O qeyd edib ki, dinin tədrisi ədalətli olmalıdır: “Tədris zamanı dinlərlə bağlı veriləcək məlumatlar ölkədə tolerantlığın möhkəmləndirilməsinə və dinlərarası mehriban dostluq münasibətlərini təbliğ etməlidir”.

GMİ sədrinin sözlərinə görə, Gürcüstanda bəzi tarix dərsliklərində İslam dini haqqında yanlış məlumatlar yer alıb: “Dərs vəsaitlərinin hazırlanmasına xüsusi diqqətlə yanaşılmalı və dinə zidd məqamlar yer almamalıdır. Dərsliklərin hazırlanmasında müsəlman icmasının mütəxəssislərinin yaxından iştirakı təmin olunmalıdır. Təhsil və Elm Nazirliyi dərsliklərdə yanlışlıqların olduğunu qəbul edib və aradan qaldırılacağına söz verib”.

Qeyd edək ki, Gürcüstanın orta məktəblərində dinin tədrisi bərpa olunacaq. Bununla bağlı aidiyyəti dövlət qurumlarının və ölkədəki bütün dini icmaların nümayəndələrinin iştirakı ilə müzakirələrə başlanılıb. Müzakirələrdə dinin tədrisinin formatı, ayrıca dərsliyin hazırlanması və digər məsələlər nəzərdən keçirilir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...