Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Ramzan Kadırov azərbaycanlı jurnalistin Putinlə bağlı sualına tələsik cavab verdi

“Kimə səs verəcəyinizi qərarlaşdırmısınızmı?”

Xəbər verdiyimiz kimi, bu gün Nijni Novqorodda “QAZ” zavodunun yubiley tədbirlərində iştirak edən Rusiya prezidenti Vladimir Putin gələn il keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini bildirib.

Din.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu xəbər yayılandan dərhal sonra “Rossiya” telekanalında çalışan azərbaycanlı jurnalist Nailə Əsgərzadə sosial şəbəkədə oxucularına sual ünvanlayıb: “Kimə səs verəcəyinizi qərarlaşdırmısınızmı?”

Maraqlıdır ki, suala ən tez cavab verən Çeçenistan başçısı Ramzan Kadırov olub. O, “Putinə” yazmaqla öz mövqeyini bildirib.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...