Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Ramzan Kadırov hansı siyasətçini lənətlədi?

Kadırov: “Heç bir fəciə “zalım” Stalinin repressiyaları ilə müqayisə oluna bilməz”.

Çeçenistan rəhbəri Ramzan Kadırov İosif Stalini “qanlı zalım” adlandırıb və lənətləyib.

Din.az Trend-ə istinadən bildirir ki, bunu R.Kadırov “Telegram” hesabında 23 fevral 1944-cü ildə çeçenlərin kütləvi sürgün olunmasının ildönümü münasibəti ilə yazıb.
Çeçenistan rəhbəri yazıb ki, çeçen xalqının tarixində çoxlu faciəvi hadisələr olsa da, bunlardan heç biri “zalım” Stalinin repressiyaları ilə müqayisə oluna bilməz: “23 fevral 1944-cü ildə bizi hər şeydən məhrum etdilər. Bizi mal-qara vaqonlarına yığıb, Altay dağlarına, Qazaxıstan çöllərinə atdılar, qurğuşun-sink və uran mədənlərinə saldılar”.

Qeyd edək ki, bəzi məlumatlara görə, 1944-cü ilin fevralında yarım milyona yaxın çeçen və inquş sürgün olunmuşdu.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...