Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Ramzan Kadırov İŞİD-ə meydan oxudu

“Biz İŞİD-i sərhədimizdən uzaqlarda dayandıracağıq…”

“Çeçenistan İŞİD-i məhv etməyə qadirdir”.

“Din.az” APA-ya istinadən bildirir ki, bunu özünün “İnstaqram” səhifəsində Çeçenistan rəhbərinin səlahiyyətlərini icra edən Ramzan Kadırov yazıb.

“Biz İblis dövlətini tamamilə məhv edə bilərik. Əgər kiminsə ağlına Rusiyaya tərəf hərəkət etmək gəlsə, biz onu sərhədimizdən uzaqlarda dayandıracağıq. Bir daha deyirəm ki, biz hətta yuxuda belə Rusiya rəhbərliyi və xalqının ünvanına təhdidlər səsləndirmək fikrində olan şəxslərin yanına gələcəyik”, – deyə o vurğulayıb.

Qeyd edək ki, İŞİD-in “YouTube”da yerləşdirdiyi 9 dəqiqəlik videoda Putinə xəbərdarlıq edilir və müsəlmanlar bu ölkəyə qarşı cihada çağırılır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...