Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

RAMZAN KADIROV NİKAHA QARŞI ÇIXDI: KİŞİNİN BİR NEÇƏ MƏŞUQƏSİ…

“ZAQS —etibarsızlıq deməkdir”…

Çeçenistan Respublikasının lideri  RT telekanalına eksklüziv müsahibə verib.

“Din.az” xəbər verir ki, müsahibə zamanı Ramzan Kadirov müxtəlif sualları cavablandırıb.  Aparıcı Rusiyada müsəlmanların yaşadığı ərazilərdə qadın və kişi münasibətlərinə toxunub. Ramzan Kadirov müsahibə zamanı ailə ittifaqlarının  dövlət qeydiyyatına (ZAQS) düşməsinə qarşı  olmağının səbəbini açıqlayıb.

Onun sözlərinə görə,  bu ailənin dağılmasına aparır.  “ZAQS —etibarsızlıq deməkdir. Ər və arvad arasında etibarsızlıq. Mən ümumiyyətlə bütün bunlara qarşıyam. Bu mənim inamımdır”.

O, Rusiya cəmiyyətindən nümunə də gətirib. “Rəsmən evli kişinin bir neçə məşuqəsi var. Sizcə, bu normaldırmı? Öz arvadını aldatmaqdır, ailəni ayırırsan, hər kəsi aldadırsan, məşuqəni belə. Əgər rəsmiləşdirirsənsə, ikinci arvadın olur, bu da qanunu pozma adlanır”.

O qeyd edib ki, Çeçenistanda bir nəfər olsun belə qanunları pozmayıb. “Biz qanunlara sərt riayət edirik. Bəzi qüvvələr Çeçenistana böhtan atır. İstəmir ki burada əmin-amanlıq olsun”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...