Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Ravil Qaynutdin növbəti dəfə Rusiya müsəlmanlarının müftisi seçilib

Rusiyada müsəlmanların VII Hesabat-Seçki Qurultayı keçirilib.

Moskvada Rusiya Müsəlmanları Ruhani İdarəsinin VII Hesabat-Seçki Qurultayı keçirilib.

Din.az APA-ya istinadən bildirir ki, 500-dən çox nümayəndə və qonağın qatıldığı VII Hesabat-Seçki Qurultayı ilə yanaşı, Rusiya paytaxtında Moskva Böyük Məscidinin 115 illiyi, Rusiya Müsəlmanları İdarəsinin 25 illiyi, Moskva İslam İnstitutunun yaradılmasının 60 illiyi və RMİ-nin başçısı, müfti Ravil Qaynuddinin 60 illik yubileyi qeyd olunub. Rusiya müsəlmanlarının qurultayı Böyük Məsciddə ilk dəfə keçirilib. Tədbirdə 5 illik hesabat-seçki dövrünə yekun vurularaq, növbəti dövr üçün fəaliyyət planı təsdiqlənib, Rusiya Müsəlmanları Ruhani İdarəsinin sədri və birinci müavini seçilib.

Ravil Qaynutdin növbəti müddətə (2019-2024) Rusiya müsəlmanlarının müftisi və Rusiya Müsəlmanları Ruhani İdarəsinin sədri seçilib.

Qeyd edək ki, 1904-cü ildə açılmış Moskva Böyük Məscidi 115 il ərzində heç zaman bağlanmayıb, bütün dövrlərdə – sovet hakimiyyəti dövründə, Böyük Vətən Müharibəsi illərində müsəlmanların ibadətlərini yerinə yetirməsi üçün bir araya gəldiyi məbədə çevrilib. 1994-cü ildə müfti şeyx Ravil Qaynutdinin rəhbərliyi ilə Rusiyanın bütün regionlarından müsəlmanların Rusiya Müsəlmanları İdarəsinin ətrafında birləşməsinə başlanılıb, Moskva məscidində yenidənqurma işləri aparılıb. 2015-ci ildə yenilənmiş Moskva Böyük Məscidinin Prezident Vladimir Putinin iştirakı ilə təntənəli açılışı olub.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...