Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Ravvin Mark Şnayer: “ABŞ, Səudiyyə Ərəbistanı və digər Fars körfəzi ölkələri İsraili dəstəkləyir”

ABŞ yəhudilərinin lideri: “Bu ölkədə inqilab olacaq”.

İsrail regionun ən güclü ölkəsidir və İranın onu əsəbiləşdirməsi lazım deyil. HƏMAS, Hizbullah, Yəməndəki husilər kimi terror təşkilatlarını dəstəkləməklə Tehran yalnız özü üçün pislik edir.

Din.az Axar.az-a istinadən xəbər verir ki, bunu “Haqqin.az”a müsahibəsində ABŞ-ın Qarşılıqlı Etnik Anlayış Fondunun rəhbəri ravvin Mark Şnayer deyib. Onun sözlərinə görə, hazırda İsrail yəhudi xalqı üçün təkcə 70 illik tarixi olan siyasi reallıq yox, həm də iudaizmin mərkəzidir.

O, İranın bu reallığı nəhayət ki, dərk etməli olduğunu bildirib.

Ravvin İsrailin İranla mübarizədə tək olmadığını, onu ABŞ, Səudiyyə Ərəbistanı və digər Fars körfəzi ölkələrinin dəstəklədiyini deyib:

“Mənim işim Fars körfəzinin altı ölkəsiylə bağlıdır. Bunlar Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn, Qətər, Oman və Küveytdir. Güman edirəm ki, yaxın gələcəkdə Fars körfəzinin bir və ya iki ölkəsi İsraillə münasibətlərini bərpa etməyə başlayacaq. Məncə, bu ölkələrdən birincisi Bəhreyn Krallığı olacaq”.

O, İranın ABŞ-la savaşına inanmadığını, amma İsrail və Səudiyyə Ərəbistanı ilə müharibənin olma ehtimalının yüksək olduğunu deyib:

“Prezident Trampın İrana qarşı sanksiyaları çox ağrılıdır. Mən İranda inqilabın olacağını istisna etmirəm. Ümid edirəm ki, çox hörmətli İran xalqı özü bu rejimi devirəcək. Öz tərəfimdən mən İran xalqının inqilab cəhdlərini dəstəkləyəcəyəm”.

Azərbaycandan bəhs edən Şnayer buranı özü üçün ən sevimli və hörmət bəslədiyi ölkə adlandırıb və bu fikri ABŞ-ın bütün yəhudi icmasının dəstəklədiyini qeyd edib.

O, Azərbaycanda dini sferada gerçəkləşdirilən işlərin ABŞ-da yüksək dəyərləndirildiyini bildirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...