Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Rəfsəncaninin qızının bəhai liderlərilə görüşünü qalmaqal yaratdı

Haşimi Rəfsəncaninin qızı Faizənin İranda qadağan olunan bəhai dininin liderlərindən birilə görüşü İranda qalmaqal yaradıb.

naser_makarem_shirazi_130913Bir müddət əvvəl  Haşimi Rəfsəncaninin qızı Faizə İrandakı qadağan olunan bəhai dininin liderlərindən birilə görüşüb.Bundan sonra İranda bu xəbər qalmaqal yaradıb. Bir çox böyük üləmalar bu məsələni sərt şəkildə tənqid ediblər. 

“Din.az”ın İran mediasına istinadən verdiyi xəbərə görə, Qum mərcəiyyətindən olan, nüfuzlu İslam alimi Ayətullah Məkarim Şirazi Qumun Əzəm məscidində bu məsələdən danışıb. O bu görüşü sərt tənqid edərək deyib: “Eşitdim ki, tanınmış siyasi çehrələrdən birinin qızı yolunu azmış Bəhailik firqəsinin rəhbərlərindən birilə səmimi və dostluq abu-havasında yanına getmiş, bu tədbirdə bu azmış firqənin rəhbərlərindən birinə təşəkkür etmişdir. Mən bu məsələyə bir nəfərin  münasibətini gözləyirdim. Bu gün atası yumşaq qınama açıqlaması verib ki, buna şükr etmək lazımdır”. Ayətullah Şirazi susan ruhani və siyasətçilərə işarə edərək “Digərləri niyə susdular? Görəsən bu iş pislikdən çəkindirmək deyilmi? Yoxsa pislikdən çəkindirmək lazım deyil? Mən şəxsən bu cür hərəkətləri sərt şəkildə qınayıram və bu cinayətin şəri olaraq təqib ediləcəyinə inanıram. Bilmək lazımdır ki, İslam düşmənlərinin və nizam düşmənlərinin dəstəklənməsi şəri baxımdan cinayətdir; cinayətkar qanuni olaraq təqib altına alına bilər.”, – deyə bildirib.

37737

Haşimi Rəfsəncani…

Ayətullah Məkarim Şirazi  daha sonra deyib: “Diqqət edilməsi lazım olan nüanslardan biri budur ki, bizim bu azmış firqəyə olan müxalifətimiz sadəcə onların İslama düşmənlik etmələri və müsəlmanlar əleyhinə fitnələr törətdikləri deyil; həqiqət budur ki, onlar ABŞ və İsrail kimi xarici güclərin əlaltılarıdır. Bu firqənin ən önəmli mərkəzi Amerikadadır, digər önəmli mərkəzi isə İsraildədir. İslam düşmənləri alçaqca həmişə bu firqədən istifadə etmiş və etməkdədirlər”.

Ayətullah Məkarim Şirazi sözlərinin sonunda bu firqənin dünyada rəsmi din kimi tanınması üçün İsrail və ABŞ-ın planlar düşündüklərini də qeyd edib.

1463641486-640x250

Haşimi Rəfsəncaninin qızı Faizə…

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir