Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Rəhimə xanım məscidi üçün QMİ-yə müraciət edildi

Qeydiyyatı olmayan məscidin ibadətə açılma ehtimalı var

Nardaranda qeydiyyatsız fəaliyyət göstərdiyinə görə bağlanan Rəhimə Xanım ziyarətgah-məscidinin qeydiyyata alınması üçün Qafqaz Müsəlmanları İdarəsinə müraciət edilib.

“Din.az” xəbər verir ki, bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilati məsələlər şöbəsinin müdiri Hacı Əlirza Qafarov deyib. O bildirib ki, Rəhimə Xanım məscid-ziyarətgahının dini icması qeydiyyatla bağlı QMİ-yə müraciət edib: “Biz uyğun gördük və sənədlərin toplanması üçün göstəriş verdik. Onlar sənədlərini toplayıb bizə təqdim edəcəklər və biz də aidiyyəti üzrə rəy verib, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə yollayacağıq. Güman edirəm ki, məscid-ziyarətgah tezliklə qeydiyyata alınacaq və qanunauyğun fəaliyyət göstərəcək”.

Qeyd edək ki, Nardarandakı hadisələrdən sonra qəsəbə üzrə yalnız Cümə məscidinin qeydiyyatı olduğu üçün fəaliyyətini davam etdirib. Digər məscidlər – Rəhimə Xanım məscidi, Qulam Əli məscidi, Kiçik məscid və Ağa məscidi isə qeydiyyatları olmadığı üçün fəaliyyətini dayandırıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, həmin məscidlər sənədlərini toplayıb, QMİ-yə verməli və QMİ də öz rəyi ilə birlikdə sənədləri komitəyə təqdim etməlidir.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...