Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

Rəhmət ayı olan Ramazanda cinayət halları azalıb

Share Button

İstanbulda əvvəlki aylarla müqayisədə cinayət əməllərində azalma müşahidə olunub

Ramazan ayının böyük coşqu ilə yaşandığı İstanbulda əvvəlki ayın ilk 15 günü ilə müqayisədə cinayət və asayiş hadisələrində böyük nisbətdə azalma müşahidə edilib.

“Din.az” Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul Təhlükəsizlik Müdirliyinin son məlumatlarına görə, may ayının ilk 15 günün 130 həbs hadisəsi yaşanarkən, Ramazanda bu nisbət 55-ə düşüb. Fırıldaqçılıq halları da 165-dən 128-ə enib.

Sahur, oğurluq hallarının qarşısını alıb…

Gecə və səhərə yaxın edilən oğurluq halları, İstanbulun sahura qalxması, sahura qədər yatmaması ilə əhəmiyyətli dərəcədə azalıb. May ayının ilk 15 günündə 510 oğurluq hadisəsi yaşanarkən, Ramazan ilə birlikdə bu say 460-a düşüb. Avtobuslarda yaşanan oğurluq halları da may ayında 15 olduğu halda, Ramazanda 6 dəfə müşahidə olunub.

Bütün bu məlumatlarla birlikdə rəhmət və bərəkət ayı olan Ramazanın cəmiyyətin hüzuru və dincliyi üçün nə qədər təsirli olduğu bir daha ortaya çıxıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir