Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Rektor: “Şəffaf müəllim-tələbə münasibətlərinin hökm sürməsi üçün…”

“Aİİ bütün dünyada seçilən ali təhsil müəssisəsinə çevrilməyi qarşısına məqsəd qoyub”.

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) tələbələrə vəsiqələrinin təqdim edilməsi ilə bağlı tədbir keçirib.

Din.az-ın xəbərinə əsasən, İnstitutdan Publika.az-a verilən məlumata görə, rektor Ceyhun Məmmədov Prezidentin Sərəncamı ilə Aİİ-nin yaradılmasını təhsillə bağlı atılmış mühüm addımlardan biri olduğunu deyib.

İnstitut rəhbəri bu ali təhsil müəssisəsinin dövlətin xüsusi diqqət və qayğısı ilə tam əhatə olunduğunu bildirib. Aİİ-nin, nəinki ölkəmizdə, hətta bütün dünyada seçilən ali təhsil müəssisəsinə çevrilməyi qarşısına məqsəd qoyduğunu bildirən rektor bununla bağlı tələbələrin üzərinə düşən böyük məsuliyyəti xatırladıb. C.Məmmədov bildirib ki, şəffaf, modern, qabaqcıl meyarlar ilə formalaşdırılan İnstututda dünya standartlarına cavab verən yüksək təhsilin verilməsi nəzərdə tutulub. Tələbələri yaradılmış şəraitdən maksimum yararlanmağa, dərslərdə aktiv olmağa, dil bilgilərinə yiyələnməyə, ictimai həyatda fəallıq göstərməyə çağıran rektor gəncləri göstərilən etimadı doğrultmağa səsləyib. C.Məmmədov tələbələrə dinin mahiyyətini və əsaslarını, milli adət-ənənələrimizi, böyük dövlətçilik irsimizi dərindən mənimsəməyi tövsiyyə edib.

Aİİ-də qarşılıqlı etimada əsaslanan şəffaf müəllim-tələbə münasibətlərinin hökm sürməsi üçün tələb olunan bütün addımların atılacağını bildirən C.Məmmədov bu məqsədlərə çatmaq üçün tələbələri İnstitutun rəhbər və müəllim heyəti ilə fəal əməkdaşlığa dəvət edib.

Sonra rektor tələbələrə Aİİ-nin vəsiqələrini təqdim edərək, onları İnstitutun ilk vəsiqəsini daşımaları münasibətilə təbrik edib. Tədbirdə, həmçinin digər cari məsələlərlə bağlı müzakirələr aparılıb, tələbələrin sualları cavablandırılıb.

Qeyd edək ki, Aİİ-də təhsil ödənişsizdir, tələbələr bütün fənlər üzrə pulsuz dərsliklərlə təmin ediliblər. Yaxın gələcəkdə tələbələrin pulsuz geyim, yemək və yataqxana ilə təmin olunmaları planlaşdırılır. İnstitutda dünya standartlarına uyğun yüksək təhsilin verilməsi üçün zəruri olan bütün tələblər yerinə yetirilib. Sinif otaqları müasir dövrün tədris metoduna uyğun avadanlıqla təchiz edilib, dərslərdə ənənəvi üsullarla yanaşı, müasir metodlar da tətbiq olunur.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...