Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

REPRESSİYALARDAN, YANĞINLARDAN QURTULAN “QURAN” KİTABLARI – SƏRGİDƏN

Repressiya illərində Azərbaycanda minlərlə Qurani-Kərim kitabları, dini əşyalar, əmanətlər məhv edilib.

1920-ci ildən başlayaraq Azərbaycanda təkcə milli, islami, düşüncədə olan ziyalılara qarşı deyil, xanəgahlara, məscidlərə,
dini əmanətlərə qarşı da repressiya başlayıb. Repressiya özünü daha çox 1930-cu illərdə göstərib. Bu dönəmdə Azərbaycanda
həm müqəddəs yerlərdə, həm də fərdlərin şəxsi mülklərində olan minlərlə Qurani-Kərim kitabları, dini əşyalar, əmanətlər məhv
edilib. Bu zaman bəzi uzaqgörən ziyalılar özləri qurban getsə də, müqəddəs kitabları divarlarına hörərək repressiyadan
gizlədib. Üzərindən bir əsrə yaxın vaxt ötməsinə baxmayaraq həmin kitabların, əşyaların bəziləri divarlarına hörüldüyü
evlərin yanması, dağılması səbəbindən üzə çıxıb və bu gün yenidən açılışı olan, İçərişəhərdə yerləşən “Bəylər” məscidində
sərgilənir.

“Din.az” “A24.Az”a istinadən “Bəylər” məscidində nümayiş olunan dini-tarixi sərgidən fotoreportajı təqdim edir.

img_6141-768x512

img_6165-768x512
Müxtəlif mədəniyyətlərə, dinlərə vətən olan Azərbaycan təbii ki, bu mədəniyyətlərdən çox şey qazanıb. IX-X əsrlərdən
başlayaraq burada bərqərar olan İslam mədəniyyətini ən çox ehtiva edən şəhərlərimizdən biri Bakıdır. Bu şəhərdə İslam
mədəniyyətinə aid müxtəlif memarlıq abidələri, məscidlər, təkyələr inşa edilib. 1895-ci ildə tikilən “Bəylər” məscidi 2015-ci
ildə yenidən bərpa edilərək təyinatı üzrə muzey kimi istifadəyə verilib. 2016-cı ilin dekabr ayından etibarən məsciddə
“Müqəddəs əmanətlər” ekspozisiyası yaradılıb. Ekspozisiyada müxtəlif illərə aid yüzlərlə müqəddəs kitab sərgilənir.

img_6162-768x512

img_6159-768x512
Sərgidə yüzlərlə yaşı olan qədim Qurani-Kərim kitabları, zamanın və repressiyanın təsiri ilə formasını dəyişsə də, özünü
bu günədək qoruyub saxlayan qədim dini əşyalar yer alır. Məsələn, yaşı 300 il olan bu “Qırxaçar” və digər dua qabları
kimi.

img_6154-768x512

img_6155-768x512

img_6156-768x512
Torpağa təkcə ölənlər, məhv olanlar gömülmür. Toxum , fidan torpağa basdırılarkən dirilir, doğulur. Yaşı 300 ildən artıq
olan bu Quran kitabı kimi… Dərbənd məscidində məhv edilmək ərəfəsində ikən imam kitabı divara gömərək ona həyat verib. Bu
gün kitab muzeyə Dərbənddən gətirilib.
Kitab imam tərəfindən köçürülüb və vərəqləri adi kağızdan deyil, papirusdandır.

img_6163-768x512
Muzeydə son illər Qarabağda, Cəlilabadda fərdi evlərdə baş verən yanğınlar zamanı alovdan qurtulan kitablar da nümayiş
olunur. Kənarları qaralmış bu vərəqlərin yanıb külə dönməməsinə bəzi insanlar möcüzə, bəziləri isə təsadüf deyir. Biz isə
həmin vərəqləri sizə təqdim edirik:

img_6146-768x512

img_6147-768x512
Kompozisiyanın bir bucağında isə Qurani-Kərimin cüzləri nümayiş olunur. Qeyd edək ki, “cüz” İslam terminidir, Quran
kitabının hər 20 səhifəsinə verilən addır.

img_6152-768x512
Sərgidə diqqət çəkən detallardan biri də “Miniatür Quran kitabları”dır. Ən kiçiyi 3x2sm ölçüdə olan bu miniatür kitablar
XIX-XX əsrlərə aiddir. Ən kiçik kitab dəst şəklindədir. Dəstə kitabın müxtəlif naxışlarla bəzədilmiş “kif” qovluğu, dəri
üzlüyü və rahat oxunması üçün əlavə olunan lupa daxildir.

img_6144-768x512

img_6143-768x512
“Bəylər” muzeyində hazırkı dini-tarixi materiallar fevral ayının 21-dək sərgilənəcək. Ardınca kitablar və əşyalar yeni
tarixi materiallarla əvəzlənəcək. Beləcə sərgi davam edəcək.

img_6157-768x512

img_6142-768x512

img_6150-768x512
Sərdar Amin

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...