Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

RƏŞİD MAHMUDOV ATEİSTLƏRİ TOPA TUTDU: SAVADLI İNSAN ATEİST OLA BİLMƏZ – VİDEO

“Sən Allahını tanımırsansa, deməli, ateistsən”.

Azərbaycan Tibb Universitetinin dosenti, tanınmış tibb elmləri namizədi Rəşid Mahmudov ateistləri ağılsız adlandırıb.

Din.az bildirir ki, A24.az-a müsahibəsində söylədiyi “Ağıllı insan ateist ola bilməz “ fikrinə Rəşid Mahmudov aydınlıq gətirib:

“Əlbəttə, ola bilməz. Sən Allahını tanımırsansa, deməli, ateistsən. Qoy ateistlər məni söysün, mən müsəlmanam. Dünyada yaşayan insanlar iki cürdür: pis və yaxşı. Mən bunu qəbul edirəm. Təkcə müsəlmanlar deyil, bütün millətlər cənnətə gedəcək. İngilislər, digər xalqlar spirtli içki içir, onların cəhənnəmə gedəcəyini qəbul etmirəm. Xristianlar da cənnətə gedəcək. Bunlar gülməli şeylərdir. Mənim üçün din saflıqdır, əqidədir, vicdandır, düzgünlükdür. Elə adamlar var ki, namaz qılırlar, vallah onların çoxu Allahını yaxşı tanımırlar. Hamı başına örpək örtür bu da örtür, bununla deyil e. Dinimizi hazırda nə vəziyyətə salıblar. Bizim müsəlmanlar terrorçudurlar. Biz nə islamı bilmirik, nə ona ibadət etmirik, nə onu qoruya bilmirik, nə də onu təbliğ edə bilmirik. Öldürən də müsəlmandır, ölən də. Bunu edənlər saqqallılardır”.

A24.az videonu sizə təqdim edir:

Jurnalist: Brilyant Rəsulova

Operator: Fərid Orucov

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...