Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Rəsmi Ankara Ukraynadan TƏLƏB etdi: FETÖ-ya VETO verməlisiniz

FETÖ rəsmi Ankara tərəfindən terrorçu olaraq tanınıb.

Rəsmi Ankara Ukraynada FETÖ təşkilatı tərəfindən maliyyələşdirilən məktəblərin bağlanılmasını tələb edib.

Din.az xəbər verir ki, bu haqda Türkiyə Parlamentini Milli Müdafiə Komitəsinin rəhbəri Yusuf Beyazid Ukraynanın deputatları ilə görüşdə deyib.

Ukrayna mətbunatı bildirilir ki, FETÖ – Fəthullah Gülənin rəhbərliyi altında bir təşkilatdır. Amerika Birləşmiş Ştatlarında siyasi qaçqın sənədləri ilə yaşamağa davam edən bu şəxs, uğursuz bir dövlət çevrilişində ittiham etməklə günahlandırılır. Fətullah Gülənin bu təşkilatı – FETÖ, rəsmi Ankara tərəfindən terrorçu olaraq tanınıb. Türkiyə Parlamenti Milli Müdafiə Komitəsinin rəhbəri Yusuf Beyazıt Ukrayna xalq deputatları ilə görüşdə Ukraynanın hakimiyyət orqanları Gülən təşkilatının maliyyələşdirdiyi məktəbləri bağlanmasını tələb edib. Bundan əlavə, Ankara Kiyevdən Ukraynanın ərazisində yaşayan FETÖ tərəfdarlarının ekstradisiyasını gözləyir. Ukraynadakı məktəblərin Fəthullah Gülənin nəzarətində olan bir təşkilatdan nə qədər vəsait aldığı barədə məlumat yoxdur. Bəzi mənbələrə görə, bu təşkilat Ukraynaya bağlı olan R.Çubarov və M.Jemilevin “Məclis” məktəbləri ilə əlaqədar ola bilər. Xatırladaq ki, bu təşkilat Rusiya məhkəməsi tərəfindən ekstremist olaraq tanınır və Rusiya Federasiyasının ərazisində qadağan edilir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...