Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Rəsmi icazəsi olmadan məclis idarə edən mollalarla bağlı məsələyə münasibət bildirilib

“Bəzən ara mollaları “Quran”ı açaraq fala baxırlar”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanda müvafiq icazəsi olmadan dini və yaz mərəsimləri aparan mollalarla bağlı məsələyə münasibət bildirib.

Din.az xəbər verir ki, Dövlət Komitəsinin sədri deyib ki, Azərbaycanda yalnız rəsmi şəkildə təsdiq olunmuş şəxs din fəaliyyət ilə məşğul ola bilər.

Onun sözlərinə görə, bu təkcə İslama aid deyil: “Kimsə İslama zidd fəaliyyət göstərirsə inzibati qaydada cəzalandırılır. Qeyri-qanuni dini mərasim icra etmək qəti qadağandır. Bir nəfər əlinə təsbeh alıb, başına papaq qoyub, əyninə dini qiyafə geyinib, amma rəsmi icazəsi olmadan dini fəaliyyət göstərirsə, bu, qanunsuzluqdur. Hər şey qanun çərçivəsində olmalıdır. Buna qarşı mübarizə davam edir və gələcəkdə də davam edəcək. Bəzən belə şəxslər insanları aldadaraq qeyri-qanuni kəbin də kəsirlər”.

Dövlət Komitəsinin sədri əlavə edib ki, dəfn mərasimlərini belə rəsmi təyinatı olmayan din xadimləri idarə edə bilməz: “Bəzən ara mollaları “Quran”ı açaraq fala baxır. Bunu edənlər “Quran”ın özündəki ayənin əleyhinə getmiş olurlar. Lənətlənmiş işi görən adam “Quran”a zidd iş görür. Ona görə də biz din sahəsində təkmil sistem yaradırıq”. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...