Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Restoranlarımızdakı iftar menyularının qiyməti – VİDEO

Azərbaycanda iftarını restoranlarda açan insanların sayı çoxalıb

Son zamanlar Ramazan bayramında iftar süfrələri təşkil edən restoranların sayı çoxalıb.

Müşahidələr göstərir ki, bir nəfər üçün iftar menyusunun ən ucuzu 10 manat, ən bahalısı isə 40 manata təklif edilir. Qiymətlərdə fərq olsa da, menyularda ciddi dəyişiklik nəzərə çarpmır.

Bəzi restoranlarda isə konkret iftar menyusu tərtib olunmasa da həmin məkanlarda iftar təxminən eyni məbləğə başa gəlir. Sakinlər isə deyir ki, iftarını restoranlarda açan insanların sayı çoxalıb.

İlahiyyatçılar bildirir ki, restoranlarda tərtib olunan iftar menyularının qiyməti yüksəkdir. Amma Ramazan ayı daha çox gəlir əldə etmək yox, əksinə daha çox savab qazanmaq və bağışlanmaq üçün yaxşı fürsətdir.

“Din.az” ATV-yə istinadən mövzu ilə bağlı videosüjeti təqdim edir:

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...