Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

Revmatizm və namaz

Share Button

İslam dininin ən mühüm ibadəti olan və Qurani-Kərimin 100-dən artıq ayəsində qeyd olunan namazın şükür vəzifəsi olması ilə yanaşı sosial-iqtisadi, psixoloji və fizioloji cəhətləri də var. “Din.az” xəbər verir ki, namaz gündəlik həyatı planlaşdırır. Günü hissələrə ayırır. Gündəlik proqram yaradır, insanı zaman məfhumu ilə üz-üzə gətirir və hər bir günün tam yaşanılmasını təmin edir. Namaz […]

İslam dininin ən mühüm ibadəti olan və Qurani-Kərimin 100-dən artıq ayəsində qeyd olunan namazın şükür vəzifəsi olması ilə yanaşı sosial-iqtisadi, psixoloji və fizioloji cəhətləri də var.

“Din.az” xəbər verir ki, namaz gündəlik həyatı planlaşdırır. Günü hissələrə ayırır. Gündəlik proqram yaradır, insanı zaman məfhumu ilə üz-üzə gətirir və hər bir günün tam yaşanılmasını təmin edir.

Namaz təmizliklə başlayır. Çünki bədən və ətrafın təmizliyi, namazın fərzlərindəndir. Bəzi fikirlərə görə insanların mədənilik səviyyələri istifadə etdikləri su miqdarına görə müəyyən edilir. Belə olduğu halda, gündəlik namazlarını qılan müsəlmanların digər insanlarla müqayisədə olan üstünlüyü bir daha ortaya çıxır.

“Ekologiya və ekologiyanın təmizliyi” bu günün ən çox işlənən və aktual mövzusu olub, ekologiya dərnəkləri, ekologiya müşahidəçiləri və ya ekologiya nazirlikləri tərəfindən nəzarət edilir. Namazın fərzlərindən biri isə namaz qılınan yerin təmizliyidir. Namaz təmiz olan hər yerdə qılındığına görə, ətraf mühitin təmizliyi ilə namaz arasında birbaşa əlaqə yaranır və müsəlmanın yaşadığı yerdə ekologiya problemi həll edilmiş olur.

Namaz insanları məsciddə bir yerə gətirərək, onların arasında isti münasibət yaradır. Beləliklə sosial həyat canlanır, dostluq və səmimiyyət artır, sevinc hissləri və talelər paylaşılır, qardaşlıq və yardımlaşma münasibətləri artaraq aralarında sevgi münasibətləri olan bir cəmiyyət əmələ gəlir.

Gündəlik həyatımızın ağır şəraitləri içində sürünüb gedən və əsrimizin xəstəlikləri arasında dəb halını alan stress, depressiya keçirən insan, ruhun meracı olan bir anda namazda rahatlıq əldə edir. Buna görə də, demək olar ki, gündə beş dəfə namaz qılan bütün müsəlmanlar belə xəstəliklərin mövcud olmasını yalnız kitab və qəzetlərdən öyrənir.

Hələ 1980-ci ildə, İstanbul Universitetinin tibb fakültəsində aparılan bir tədqiqatda diz oynağında revmatizm xəstəliyi olan və namaz qılan 30 xəstə ilə, diz oynağında revmatizm xəstəliyi olan və namaz qılmayan 30 xəstə qarşılaşdırıldı. Namaz qılanlarda şikayətlər və xəstəlik əlamətləri 50 yaşından sonra ortaya çıxdığı halda, namaz qılmayanlarda bu əlamətlər 40 yaşından etibarən müşahidə edilmişdir.

Namaz qılanların oynaqlarında 10 dərəcəlik hərəkət məhdudluğu mövcud ikən, namaz qılmayanlarda bu məhdudluq 25 dərəcəyə çatmışdır. Bu tədqiqatda iştirak edənlər arasında, namaz qılanlar 10 pilləlik nərdivanı orta hesabla 22 saniyəyə çıxdığı halda, namaz qılmayanlar həmin pilləni 34 saniyəyə çıxırlar. Namazla bağlı aparılacaq hər bir tədqiqatdan bu cür nəticələrin əldə ediləcəyi heç bir şübhə doğurmur.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir