Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Rohinca müsəlmanlarına hücumları işıqlandıran “Reuters”in jurnalistlərinə 7 il iş kəsildi

Myanmada müsəlmanlara qarşı haqsızlıq davam edir.

Myanma məhkəməsi “Reuters” agentliyinin iki jurnalistini 7 il müddətinə azadlıqdan məhrum edib.

Din.az “Report”a istinadən xəbər verir ki, bu məlumatı “Reuters” yayıb.

Bildirilib ki, onlar dövlət sirrinin yayılması haqqında qanunu pozmaqda təqsirli biliniblər.

Jurnalistlər 2017-ci il dekabrın 12-də saxlanılıblar. Onlardan biri 2016-cı ilin iyunundan, o biri isə 2017-ci ilin sentyabrından agentlikdə işləyirmiş. Hər iki reportyor Rakhayn əyalətində müsəlmanlara edilən hücumlarla bağlı materiallar hazırlayırmış.

Qeyd edək ki, BMT Myanma hakimiyyətini müsəmanlara qarşı soyqırımda ittiham edib. Bu cinayət nəticəsində 10 mindən çox müsəlman qətlə yetirilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...