Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Rohinya müsəlmanlarına qarşı kütləvi qətllər törətməsi faktını araşdırır

Myanmar lideri Haaqa məhkəməsi önündə …

Myanmanın Baş naziri Aung San Suu Kyi Birləşmiş Millətlər Təşkilatının Hollandiyada yerləşən Haaqa Beynəlxalq Ədalət Məhkəməsi önünə çıxıb.

“İslamnews” xəbər verir ki, Beynəlxalq Məhkəmə Myanmar hərbiçilərinin terrorçulara qarşı apardıqları əməliyyatlar zamanı Rohinya müsəlmanlarına qarşı kütləvi qətllər törətməsi faktını araşdırır.

Myanma hökumətinə qarşı beynəlxalq məhkəmə prosesi Qambiya Respublikasının təşəbbüsü ilə irəli sürülüb. Qambiya nümayəndəsi İslam Əməkdaşlıq Təşkilatı adından çıxış edərək bildirib ki, onlar Myanma hakimiyyətinin öz xalqına qarşı törətdiyi mənasız qətl və soyqırımın dayandırılmasını tələb edirlər.

Xatırladaq ki, bütün dünyanı dəhşətə gətirən hadisələr 2017-ci ildə Myanmanın Rakhayn ştatında baş verib. Hökumət qüvvələrinin terrorçulara qarşı apardığı hərbi əməliyyat zamanı yerli müsəlman xalqına qarşı kütləvi soyqırım törədilib. Myanma hökuməti isə mülki əhaliyə qarşı hər-hansı gücün tətbiq edilmədiyini iddia edir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...