Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Roma Papası abortları bu kəslərin əməlləriylə eyniləşdirdi

“Ötən əsrdə nasistlərin irqi təmizlik üçün etdikləri bütün dünyanı sarsıtdı”.

Roma Papası Fransisk abortu pisləyib.

Din.az xəbər verir ki, bu barədə “Chicago Tribune” qəzeti məlumat yayıb.

Məlumatda bildirilir ki, Papa abortları nasist Almaniyası dövründə həyata keçirilən cinayətlərlə eyniləşdirib.

“Ötən əsrdə nasistlərin irqi təmizlik üçün etdikləri bütün dünyanı sarsıtdı. Bu gün biz də həmin şeyi edirik, lakin ağ əlcəklərlə”, – deyə Fransisk İtaliyada keçirilən ailə forumunda bildirib.

Katolik kilsəsinin başçısı doğuşdan əvvəlki testlər əleyhinə çıxdığını bildirib. Papa uşaqları Allahın verdiyi bəxşiş kimi qəbul etməyə çağırıb. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...