Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Roma Papası ABŞ və KXDR rəhbərlərinin görüşünə uğurlar arzulayıb

Roma Papası bütün Koreya yarımadasında sülhün olacağına ümidini ifadə edib.

Roma Papası Fransisk ABŞ prezidenti Donald Tramp və KXDR lideri Kim Çen Inın görüşünə uğurlar arzulayıb.

Din.az xəbər verir ki, bu barədə TASS Roma-katolik kilsəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, Roma Papası bütün Koreya yarımadasında sülhün olacağına ümidini ifadə edib.

Pope Francis greets the crowd from the popemobile at the end of the Palm Sunday celebrations at St Peter’s square on March 29, 2015 at the Vatican. AFP PHOTO / ALBERTO PIZZOLI (Photo credit should read ALBERTO PIZZOLI/AFP/Getty Images)

“Yenidən Koreya xalqına dualar və dostluq mesajı çatdırmaq istəyirəm. Yaxın günlərdə Sinqapurda baş tutacaq danışıqlar Koreya yarımadasında və bütün dünyada sülhün gələcəyinə zəmanət verən hadisələrin müsbət inkişafınə töhfə verə bilər. Buna görə Tanrıya dua eləyək”, – deyə Fransisk bildirib.

Qeyd edək ki, Kim Çen In və Tramp artıq danışıqların keçiriləcəyi Sinqapura gəliblər.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...