Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

Roma Papası: “Allahın adından istifadə edərək insanları öldürmək olmaz”

Share Button

Roma Papası Fransisk “fundamental fikirli terrorçuluğu” sərt təndiq edib.

Roma Papası Fransisk Dünyada son baş verən hadisələrə münasibət bildirib.

“Din.az” “İslamazeri.az”a istinadən xəbər verir ki, Roma Papası Fransisk “fundamental fikirli terrorçuluğu” sərt şəkildə təndiq edərək çıxış edib. O, dünyanın bütün dini və siyasi liderlərini bu “ağılsızlıqla” mübarizəyə öz töhfələrini verməyə səsləyib.

Roma Papası çıxışı zamanı bunları deyib: “Biz bilirik ki, bu gün də dini təcrübə bəzən qapalılıq, sıxışdırıb aradan çıxartma və zorakılıq üçün bəhanə kimi istifadə oluna bilir. Mən hər şeydən öncə fundamental fikirli terrorçuluğu nəzərdə tuturam. Həmin terrorçuluq ötən il bütün dünyada çoxlu sayda insanın ölməsinə səbəb olub: Əfqanıstanda, Banqladeşdə, Belçikada, Burkina-Fasoda, Misirdə, Fransada, Almaniyada, İordaniyada, İraqda, Nigeriyada, Pakistanda, ABŞ-da, Tunisdə və Türkiyədə”, – deyə pontifik Apostol sarayında Müqəddəs taxt tərəfindən təyin edilmiş diplomatik korpusun nümayəndələri ilə keçirilən ənənəvi  görüş zamanı bildirib.

Pope Francis blesses the faithful as he leads the general audience in Saint Peter's Square at the Vatican April 23, 2014. REUTERS/Tony Gentile (VATICAN - Tags: RELIGION)

Bu cinayətlər haqda danışan Fransisk xüsusilə də Nigeriyadakı hadisələri – terrorçuların öz məqsədlərində uşaqlardan istifadə etməsini, Qahirədə Qipti kilsəsində törədilmiş terror aktını, ən sadə şəhər sakinlərinin terror qurbanına çevrildiyi Brüssel, Nitsa və Berlindəki hadisələrini və Yeni il gecəsi insanların öldürüldüyü İstanbul hadisələrini qeyd edib.

Papa bildirib ki, “söhbət qətllə nəticələnən ağılsızlıqlardan gedir”. O qeyd edib ki, terrorçular bu cür ağılsızlıqlarda hökmranlıq və hakimiyyətə çatmaq iradələrini əsaslandırmaq üçün Allahın adından sui-istifadə edirlər.

“Mən bütün dini hakimiyyətlərə çağırışla müraciət edirəm ki, onlar Allah adına insanları qətlə yetirməyin yolverilməz olduğunun təsdiqlənməsində bir olsunlar. Fundamentalist terrorçuluq kəskin ruhi acizlik və yoxsulluğun nəticəsidir. Bir çox vaxt sosial yoxsulluq da bununla əlaqəlidir.”, – deyə Fransisk qeyd edib.

O əlavə edib ki, bu cür terrorçuluğa yalnız dünyanın dini və siyasi liderlərinin birgə səyləri ilə tamamilə qalib gəlmək olar.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir