Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Roma papası avtomobilini satır – FOTO

Roma Papasının avtomobili xeyriyyə məqsədi ilə satılır.

Roma papasına ötən ilin sonu hədiyyə edilmiş 200 min dollarlıq eksklüziv “Lamborghini Huracan” sportkarı hərraca çıxarılıb.

Din.az xəbər verir ki, bu barədə “Vesti.ru” məlumat yayıb.

Avtomobilin xeyriyyə məqsədi ilə “Sotbi” hərrac evində çəkic altına gələcəyi bildirilir. Katolik kilsə satışdan 350 min avroya yaxın vəsait əldə etmək niyyətindədir.

Əldə olunmuş vəsaitin 70 faizi terrorçuların viran qoyduğu (İraqın) Ninəvə şəhərinə yardım ediləcək. 10 faizi isə üç ayrı xeyriyyə təşkilatının hesabına köçürüləcək. / Oxu.Az

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...