Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Roma Papası Azərbaycan xalqı üçün dua edir

“Ulu Tanrının mərhəməti Azərbaycan xalqının üzərindən əskik olmasın”.

Roma Papası Fransisk Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib.

Din.az bildirir ki, məktubda deyilir: “Zati-aliləri. Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə, eləcə də həmvətənlərinizə səmimi təbriklərimi çatdırmaqdan şərəf hissi duyuram. Qoy Uca Tanrı ölkənizin bütün vətəndaşlarının maraqları naminə tərəqqi və rifaha yönəlmiş fəaliyyətinizdə Sizə yardımçı olsun. Zati-aliləri, fürsətdən istifadə edərək Roma Papası seçilməyimin beşinci ildönümü münasibətilə mənə ünvanladığınız təbriklərə görə Sizə öz minnətdarlığımı bildirirəm və Allahdan xeyir-dualar diləyirəm. Ulu Tanrının mərhəmətinin Sizin, doğmalarınızın və bütün Azərbaycan xalqının üzərindən əskik olmaması üçün dualar edirəm”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...