"Cümə" surəsi, 62/9

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

Bütün xəbərlər »
Qaynar Xəbərlər
FileAccessHandler

Roma Papası bağışlanan 1,2 milyonu rədd etdi

Share Button

Milyonluq ianənin rədd edilməsinin səbəbi daha maraqlıdır

Papa Fransisk Argentina hökuməti tərəfindən göndərilən 16.666.000 pezo (1.2 milyon dollar) məbləğində bağışlanan pulu rədd edib.

Argentina başqanı Mauricio Macrinin, təhsilə yardım üçün göndərdiyi pulun qəbul edilməməsində səbəb məbləğin içərisində ‘666’ rəqəminin keçməsi olduğu bildirilir.

“Din.az” bildirir ki, “yenicag.az”ın “Vatican Insider”’a istinadən verdiyi xəbərə görə, Papa Fransisk, 666 rəqəmini heç sevmədiyini məktubunda bildirib. Xristianlar üçün uğursuz sayılan 666 rəqəmi şeytanın rəqəmi olaraq qəbul edilir.

“Guardian” isə əsl səbəbin Papa ilə Macrini arasındakı əlaqələrin yaxşı olmamasına dair xəbərlərin geniş yer alması olduğunu bildirib. Belə ki, Argentina mediasının iki lider arasındakı bu yaxınlaşmaya verdiyi rəng Papanı narahat etdiyindən bu addımı atıb.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top