Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Roma Papası Baltikyanı ölkələrin əhalisinə müraciət edib

Papa Fransiskin Baltikyanı ölkələrə səfəri başlayır.

Roma Papası Fransisk sentyabrın 22-də başlayacaq səfəri ərəfəsində Latviya, Litva və Estoniya əhalisinə müraciət ünvanlayıb.

Din.az bildirir ki, Roma Papası müraciətində qeyd edib ki, onun səfəri Baltikyanı ölkələrin müstəqilliklərinin 100 illiyinin qeyd edildiyi dövrə təsadüf etdiyindən o, müstəqillik uğrunda həlak olanların xatirəsini də yad edəcək. O, həmçinin Latviya, Litva və Estoniya əhalisinin gələcəyə ümid və inamının möhkəmləndirilməsi üçün çalışacağını deyib.

Fransiskin Baltikyanı ölkələrə səfəri sentyabrın 22-də Litvadan başlayacaq. Daha sonra Latviyaya gələcək pontifik səfərinin sonunda, sentyabrın 25-də Estoniyaya gedəcək. / Milli.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...