Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Roma papası BƏƏ paytaxtında kütləvi ayin keçirib – FOTO

BƏƏ-də “Bəşər qardaşlığı görüşü” keçirilib.

Roma papası Fransisk Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) üçgünlük tarixi səfərinin son günü Abu-Dabi şəhərində kütləvi ayin keçirib.

Din.az-ın xəbərinə əsasən, “Report” xarici KİV-ə istinadən xəbər verir ki, dini mərasimi paytaxtın “Zayed City Sports Stadium” stadionuna və ətrafına toplaşan 135 min (yerli hökumətin məlumatına görə 180 min) mömin izləyib. Ayin zamanı italyan, ingilis, ərəb, latın, fransız, Koreya və bir sıra başqa dillərdə danışan katolok kilsəsinin ruhani başçısı Yaxın və Orta Şərqdə Yəmən, Suriya, İraq, Liviyadakı qanlı hadisələrə tezliklə son qoyulmasını, dünya dinləri təmsilçiləri arasında sülh və həmrəyliyin bərqərar olmasını diləyib.

Təşəbbüsü 2010-cu ildə İordaniya kralı Abdullah tərəfindən irəli sürülən bu səfər Roma katolik kilsəsi başçısının Ərəbistan yarımadasına ilk səfəri kimi tarixə yazılıb. Səfər çərçivəsində “Bəşər qardaşlığı görüşü” çərçivəsində dünyanın müxtəlif yerlərindən gələn müsəlman, xristian, yəhudi, buddist, hindu dini liderləri ilə bir araya gələn papa Fransisk Misirin məşhur “Əl Əzhar” Universiitetinin baş imamı şeyx Əşaməd əl Tayiblə birgə xartiya imzalayıb. Bundan əvvəl Şərcə və Dubaydəkı kilsələrdə ayinlər keçirən Ali qonaq həmçinin BƏƏ-nin rəsmi şəxsləri ilə də görüşlər keçirib.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərində əksəriyyəti Filipin və Hindistandan iş dalınca gələnlərdən ibarət bir milyondan çox katolikin yaşadığı güman edilir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...