Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Roma Papası bütün inanclı insanları dualarında birşləşməyə çağırıb

Roma Papası Yeni Zelandiyada məscidlərə hücumdan danışdı.

Roma Papası Fransisk Yeni Zelandiyada məscidlərdə baş vermiş terror aktları üzündən kədərləndiyini bəyan edib və inanclı insanları zorakılığa qarşı mübarizəyə səsləyib.

Din.az bildirir ki, Roma Papası Vatikanda ənənəvi moizə zamanı hadisə nəticəsində ölən və yaralananlara, eləcə də onların yaxınlarına görə dua etdiyini bildirib.

O, “müsəlman qardaşlara” yaxın olduğunu deyib və bütün inanclı insanları dualarında birşləşməyə çağırıb.

Qeyd edək ki, Yeni Zelandiyada məscidlərə silahlı hücum nəticəsində 50 nəfər ölüb, 50 nəfər yaralanıb. Hadisəni törədən 28 yaşlı Brenton Tarrant həbs olunub. / Oxu.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...