Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Roma Papası dünya çempionatının iştirakçılarını salamladı

“Qoy bu vacib idman tədbiri xalqlar arasında həmrəylik və sülhə xidmət etsin”.

Roma Papası I Fransisk sabah Rusiyada start götürəcək futbol üzrə dünya çempionatının iştirakçılarına müraciət ünvanlayıb.

Din.az Trend-ə istinaədn bildirir ki, Roma Papası turnirdə iştirak edəcək idmançıları və çempionatın təşkilatçılarını salamlayıb və onlara uğurlar arzulayıb.

Pope Francis greets the crowd from the popemobile at the end of the Palm Sunday celebrations at St Peter’s square on March 29, 2015 at the Vatican. AFP PHOTO / ALBERTO PIZZOLI (Photo credit should read ALBERTO PIZZOLI/AFP/Getty Images)

O, ümidvar olduğunu bildirib ki, bu yarış sülh və dialoqa yol açacaq:

“Qoy bu vacib idman tədbiri müxtəlif mədəniyyətlər və dinlər arasında dialoq və qardaşlığa səbəb olsun, xalqlar arasında həmrəylik və sülhə xidmət etsin”.

Qeyd edək ki, 2018-ci il futbol üzrə dünya çempionatı iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərində keçiriləcək.

Dünya çempionatının açılış mərasimi iyunun 14-ü ilk matçdan yarım saat əvvəl Moskvanın “Lujniki” stadionunda başlayacaq. Turnirin ilk matçında isə Bakı vaxtı ilə saat 19:00-da ev sahibləri Rusiya ilə Səudiyyə Ərəbistanı qarşılaşacaq.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...