Bəqərə surəsi, 6-cı ayə

(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

Bütün xəbərlər »
Qaynar Xəbərlər
1467039217_roma-p

Roma papası: “Dünya müharibədədir”

Share Button

Bu müharibə dinlər arasında deyil, əksinə…

Roma papası Fransisk deyib ki, bu müharibə dinlər arasında deyil, əksinə “maraqlar, pul və resurslar” üstündədir

“Din.az” xəbər verir ki, Roma papası Fransisk deyib ki, Avropa boyunca cihadçıların hücumları “dünyanın müharibədə olduğunu” göstərir.

Lakin o əlavə edib ki, bu müharibə dinlər arasında deyil, əksinə “maraqlar, pul və resurslar” üstündədir.

Roma papası bu bəyanatı Polşaya səfəri ərəfəsində, Fransada cihadçılar katolik keşişi qətlə yetirdikdən sonra səsləndirib.

Jacques Hamel ata Fransanın şimalındakı Sent-Etyen-du-Ruvrey kilsəsində səhər ibadəti zamanı öldürülüb.

Dünya sülhü uduzub…

Ümumiyyətlə isə ötən günlər və həftələr ərzində Fransa və Almaniyada bir sıra zorakı hücumlar törədilib. Bunların əksəriyyətinin islamçılar tərəfindən həyata keçirildiyi düşünülür.

“Biz tez-tez müdafiəsizlik sözünü eşidirik, lakin əsl söz müharibədir – deyib müqəddəs ata, – Biz həqiqəti deməkdən qorxmamalıyıq. Dünya müharibədədir, çünki sülhü uduzub”.

“Mən müharibə deyəndə, din yox, maraqlar, pul, resurslar uğrunda müharibələri nəzərdə tuturam” – deyib Roma papası.

Bu bəyanatı səsləndirdikdən az sonra Roma papası katolik gənclərin festivalında iştirak etmək üçün Polşanın Krakov şəhərinə gəlib.

Bundan əvvəl Vatikan Polşa hökumətini miqrantlara sərt münasibətinə görə tənqid etmişdi.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top