Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Roma Papası Əsədə məktub yazdı

Roma Papası Fransisk, Suriya rejiminin lideri Əsədə məktub göndərərək bu ölkədəki müharibənin sona çatdırılması səylərinin artırılması ilə bağlı çağırış edib. “Din.az” “a24.az”a istinadən xəbər verir ki, Suriyanın “Sana” rəsmi xəbər agentliyi, Papa Fransiskin, Vatikanın Suriyadakı nümayəndəsi kardinal Mario Zenari vasitəsilə Bəşər Əsədə məktub göndərməsi haqqında yazıb. Əsəd və Zenarinin Şamdakı prezident sarayında görüşünü əks etdirən bir […]

Roma Papası Fransisk, Suriya rejiminin lideri Əsədə məktub göndərərək bu ölkədəki müharibənin sona çatdırılması səylərinin artırılması ilə bağlı çağırış edib.

“Din.az” “a24.az”a istinadən xəbər verir ki, Suriyanın “Sana” rəsmi xəbər agentliyi, Papa Fransiskin, Vatikanın Suriyadakı nümayəndəsi kardinal Mario Zenari vasitəsilə Bəşər Əsədə məktub göndərməsi haqqında yazıb.

Əsəd və Zenarinin Şamdakı prezident sarayında görüşünü əks etdirən bir fotoşəkli də dərc edən “Sana” agentliyi, Papanın məktubundan bəzi hissələri səhifələrində əks etdirib.

Buna əsasən, Papa, Suriya xalqı ila həmrəy olduğunu ifadə edib, buradakı müharibəni sona çatdıraraq yenidən sülhü yaratmaq üçün hamının səylər göstərməsi üçün çağırış edib.

Papa həmçinin, Vatikan adından yol verilən hər cür ifratçılıq və terrorizmi də qınayıb, Əsədin, kardinal Zenari ilə görüşü əsnasında Suriya dövlətinin və xalqının ölkənin təhlükəsizliyə və sabitliyə qovuşmasında qətiyyətli olduğunu, reformlar keçirmək niyyətlərinin olduğunu, bunun ən yaxşı yol olduğunu bildirib.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...