Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Roma Papası Estoniyanın elektron vətəndaşı oldu

Papaya Estoniyanın e-rezidenti xüsusi vəsiqəsi təqdim olundu.

Roma Papası Fransisk Estoniyaya səfəri zamanı maraqlı hədiyyə alıb.

Din.az bildirir ki, Tallində ölkə prezidenti Kersti Kalyulayd pontifikə Estoniyanın e-rezidenti xüsusi vəsiqəsini təqdim edib.

I Fransisk Estoniyanın elektron rezidenti adını almış 36 647-ci şəxs olub. Ondan əvvəl, Almaniya kansleri Angela Merkel, Yaponiyanın Baş naziri Sindzo Abe və digər şəxslər Estoniyanın e-rezidenti olub.

Bundan başqa, Roma Papası Latviyaya səfəri zamanı hədiyyə olaraq 118 cüt corab və 10 cüt əlcək əldə edib. / Trend.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...