Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

ROMA PAPASI ETİRAF ETDİ: Həqiqətən qorxuram…

“Atom silahlarını məhv etmək və silahlanmanın dayandırılması üçün tədbirlər görmək lazımdır”.

Roma papası I Fransisk həqiqətən də nüvə müharibəsindən qorxduğunu bəyan edib.

Din.az Trend-ə istinadən bildirir ki,  Roma papası bu sözləri Cənubi Amerikaya səfərindən əvvəl hava limanında deyib.

Papa qeyd edib ki, dünya nüvə müharibəsinin astanasındadır: “Münaqişənin başlaması üçün kiçik bir insident də kifayətdir. Ona görə də atom silahlarını məhv etmək və silahlanmanın dayandırılması üçün tədbirlər görmək lazımdır”.

Qeyd edək ki, bu gün I Fransiskin Çili və Peruya səfəri başlayıb. Bu, Roma papasının fəaliyyətə başladığı gündən 22-ci beynəlxalq səfəridir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...