Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Roma Papası gələn il İraqa səfər etməyi planlaşdırır

Səfərdə məqsəd İraqda gələcəkdə sülh və əmin-amanlığın, təhlükəsizliyin bərqərar edilməsidir.

Roma Papası gələn ilin əvvəllərində İraqa səfər etməyi planlaşdırdığını bildirib.

Din.az APA-ya istinadən xəbər verir ki, Papa Fransis Vatikanda deyib ki, səfərdə məqsəd İraqda gələcəkdə sülh və əmin-amanlığın, təhlükəsizliyin bərqərar edilməsidir.
Bildirilib ki, Fransis papalığı dövründə xristianlar və müsəlmanlar arasında münasibətləri yaxınlaşdımağa çalışır.

Roma Papası fevral ayında Birləşmiş Ərəb Əmirliklərinə ziyarətini xristianlıqla islam arasında dialoq tarixinin yeni səhifəsi və dünyada qardaşlıq arasında sülhün təbliği adlandırıb.
Fransis Ərəbistan yarımadasına ilk səfərini xristian və islam sivilizasiyaları arasındakı qarşıdurmalara mane olunması üçün dönüş nöqtəsi kimi qiymətləndirib.
Onun səfər etdiyi müsəlman ölkələri sırasında Mərakeş, Türkiyə, Azərbaycan və Misir də yer alır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...