Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Roma papası ilə görüşü zamanı Ərdoğan: “OTURACAĞIMI DƏYİŞİN” – FOTO

Ərdoğan onun üçün ayrılmış oturacağa etiraz etdi…

Türkiyə dövlətinin başçısı Rəcəb Tayyib Ərdoğanın Vatikanda Katoliklərin ruhani lideri Papa Fransisk ilə təkbətək görüşü zamanı ona alçaq stul verilməsi səbəbiylə Papanın kreslosu ilə bərabər bir oturacaq istədiyi iddia edilir.

Din.az xəbər verir ki, Prezidenti Rəcəb Tayyib Ərdoğanın Vatikanda Katoliklərin ruhani lideri Papa Fransisk ilə təkbətək görüşü zamanı ona təqdim olunan oturacağı dəyişməsini istəyib. Prezident Ərdoğan onun üçün ayrılmış oturacağın daha aşağı səviyyədə olması səbəbindən Roma Papasının kürsüsü ilə bərabərdə olan oturacaq tələb edib.

Prezident Ərdoğan Atatürk Hava Limanında çıxışında yalnız bir Türkiyə dövlətinin Prezidenti kimi yox, eyni zamanda İslam Əməkdaşlıq Təşkilatının sədri kimi 1,5 milyard Müsəlmanın təmsilçisi olaraq Vatikana səfər etdiyini ifadə etmişdi.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...