Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Roma Papası İrana humanitar yardım ayırıb

Roma Papası İranda seldən zərər çəkənlərə yardım edəcək.

Roma Papası Fransisk İranda baş vermiş təbii fəlakətdən zərər çəkənlərə 100 min avro yardım ayırıb.

Din.az-ın xəbərinə əsasən, AZƏRTAC İran mətbuatına istinadla xəbər verir ki, Roma Papası Vatikanın İrandakı elçiliyi vasitəsilə ayrılan 100 min avronu seldən zərər çəkənlərin ən zəruri tələbatlarını ödəmək üçün xərcləyəcək.

Xatırladaq ki, aramsız yağan yağışlar nəticəsində yaranan sel İranın 24 vilayətindəki şəhər və kəndlərə böyük ziyan vurub, infrastruktur dağılıb, 70-dən çox adam həlak olub.

Bu günə kimi Azərbaycan, Türkiyə, İsveçrə, Almaniya, Küveyt, Rusiya, Pakistan, Yaponiya, Qətər və başqa dövlətlər İrana humanitar yardım göstəriblər. Avropa İttifaqı isə İrana 1 milyon 200 min avro yardım ayırıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...