Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Roma Papası İrəvanda “soyqırım” dedi – VİDEO

Papa, rəsmilər qarşısında çıxış edərkən “soyqırımı” ifadəsini işlədib

Ermənistanda səfərdə olan Roma Papası I Fransisk 1915/16-cı ildə baş verən hadisələri pisləyib.

“Din.az” xəbər verir ki, APA-nın Vatikan radiosuna istinadən verdiyi xəbərə görə, pontifik prezident Serj Sarkisyan və digər rəsmilər qarşısında çıxış edərkən “soyqırımı” ifadəsini də dilə gətirib.

Qeyd edək ki, 2015-ci ildə Roma Papası I Fransisk uydurma “erməni soyqırımı”nın XX əsrin ilk soyqırımı olduğunu bəyan etmişdi.

Roma Papasının bəyanatı Türkiyənin sərt etirazı ilə qarşılanmışdı. Türkiyənin Vatikandakı səfiri geri çağırılmış, Vatikanın Ankaradakı səfiri isə Türkiyə XİN-ə çağırılmışdı.

Qeyd edək ki, I Fransiskin Ermənistana səfəri üç gün davam edəcək.

600@0

a9c38ea968e384c938701b290ce76e2f

papa_sa

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...