Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Roma Papası: İslam və ərəb dilini də öyrənin!

“Katolik ilahiyyat araşdırmalarında islami və yəhudi elementlər daha çox olmalıdır”.

“Gələcək ilahiyyatçılar daha çox mərhəmətli və şəfqətli insanlar olmalıdırlar”
Din.az xəbər verir ki, Roma Papası Fransisk bəyan edib ki, katolik ilahiyyat araşdırmalarında islami və yəhudi elementlər daha çox olmalıdır.

Onun sözlərinə görə, tələbələr digər dinlərlə dialoqa öyrədilmiş olmalıdır. Müsəlman ölkələrinin qismində “dinc şəkildə yan-yana yaşamanın qurulması məsələsində partnyorlar” görülməlidir.

Bundan başqa, Roma Papası katolik təhsil müəssisələrini ərəb və yəhudi dil və ədəbiyyatları kurslarının tətbiq edilməsinə səsləyib.

“Gələcək ilahiyyatçılar daha çox mərhəmətli və şəfqətli insanlar olmalıdırlar. Onlar sosial çətinliklər və ədalətsizliyi qavramağı bacarmalıdırlar. Bunlarsız, ilahiyyat öz ruhu ilə yanaşı, idrak və reallığın xristianlıq vasitəsi ilə dərk edilməsi qabiliyyətini də itirə bilər”, – deyə o qeyd edib. / İslamazeri.com

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...