Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Roma Papası: Kilsələrdəki cinsi təcavüzlərə laqeyd qala bilmərəm

Katolik kilsədə uşaqlara qarşı baş verən təcavüz qalmaqalları …

Roma Papası Fransisk İrlandiyaya səfər edib.

Din.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Pensilvaniya ştatında 70 il ərzində 300-dən çox keşişin 1000-dən çox uşağı cinsi istismara məruz qoymasına dair məhkəmə qərarı Roma Papasının səfərində gündəmə gəldi.

Papa katolik kilsəsində uşaqlara qarşı baş verən təcavüz qalmaqalları ilə bağlı danışıb.

Fransisk bəyan edib ki, kilsə nümayəndələrinin uşaqlara təcavüzləri ilə bağlı meydana gələn qalmaqallara görə “katolik cəmiyyətin ağrısını və utancını” bölüşür.

“Kilsə nümayəndələrinin gəncləri təhqir etmələri səbəbi ilə İrlandiyada meydana gələn böyük qalmaqalı etiraf etməliyəm”, – çıxışı zamanı Roma Papası deyib.

Frensis, İrlandiya səfərindən bir neçə gün əvvəl Katoliklərə xitabən yazdığı məktubda kilsədəki cinsi təcavüz vəhşiliyini qınadığını dilə gətirmişdi.

Bu, irlandiyalıların hirsini soyutmağa kifayət etmədi. Dublin küçələri, Roma Papasına və Katolik Kilsəsinə etiraz aksiyalarına səhnə olub. Sosial mediada da geniş müzakirələrə səbəb olub.

https://vcdn.ensonhaber.com//flv/flvideo/v/2018/08/1535298298.mp4?_=1

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...