Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Roma papası mafiyaya müraciət etdia

“Allaha inanan bəndə mafioz ola bilməz”.

Roma Papası Fransisk mafiya üzvlərini küfrdən əl çəkməyə və itaətkar olmağa çağırıb.

Din.az xəbər verir ki, bu barədə pontifik Siciliya mafiyasının qətlə yetirdiyi rahib Cüzeppe “Pino” Puqlisini xatırlayarkən bildirib.

“Allaha inanan bəndə mafioz ola bilməz. Mən mafiya üzvlərinə müraciət edirəm: qardaşlar və bacılar, dəyişin! Özünüz və pullarınız haqqında düşündüyünüz yetər. Əsl Tanrıya üz tutun, qardaş və bacılarım”, – Roma Papası deyib.

Qeyd edək ki, Puqlisi gəncləri talelərini narkotik və mafiya ilə bağlamamağa çağırırdı. / Oxu.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...