Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Roma Papası Milad bayramında Qüds üçün çağırış etdi – FOTOLAR

Papa bu dəfə də İsrail və ABŞ-ın adını çəkmədi.

Roma Papası Vatikanda gerçəkləşdirilən Milad mərasimində Qüds üçün sülh çağırışı edib. Lakin Papanın çağırışı nə ABŞ-a, nə də İsrail əleyhinə olub.

Din.az xəbər verir ki, Qüds məsələsi bütün dünyanı təsir altına aldığı bir vaxtda Papa yenə buna soyuqqanlı yanaşıb və qarşılıqlı dialoq yolu ilə həll edilməsinə çağırış edib.

Bundan əvvəl Myanmada arakanlı müsəlmanların qətliamına reaksiya verməyən Papa bu dəfə də İsrail və ABŞ-ın adını çəkmədən sülh və rifah diləyi ilə tərəfləri dialoqa çağırıb.

Belə ki, Papa Fransisk “Saint-Pierre” meydanında ənənəvi keçirilən Milad bayramında sülh mesajı verib. Mesajın başlıca mövzusu isə Qüds olub və Papa “Qüds və bütün müqəddəs torpaqlar üçün sülh… İki dövlətin sülh şəklində yan-yana var olmasına imkan verən müzakirə problemin həlli üçün dialoqun yenidən başlamasıdır” çağırışını edib.

Papa çıxışı zamanı dünyada sülhün, ədalətin təmin edilməsi üçün əlini daşın altına qoyan beynəlxalq qurumlara təşəkkür edərək onların bu səylərindən fəxrlə danışıb.

Qeyd edək ki, Papa bundan əvvəlki Qüdslə bağlı çıxışında BMT-nin qərarlarına riayət edilməsi və müqəddəs şəhərin statusunun pozulmamasının vacibliyini bildirmişdi.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...