Bəqərə surəsi, 6-cı ayə

(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

Roma Papası müasir bazar iqtisadiyyatını tənqid edib

Share Button

Roma Papası Qərbin Şərqə ixrac praktikasını da pisləyib.

Roma Papası Fransisk müasir bazar iqtisadiyyatını kəskin tənqid edib.

“Din.az” xəbər verir ki, Papa ” La Croun” nəşrinə verdiyi müsahibəsində bildirib ki, qlobal iqtisadi sistemdə işbazlar daha çox pul qazanmağa çalışırlar. Bazar iqtisadiyyatı isə zəifləyir. Dünyada var-dövlətin 80 faizindən çoxu 16 faizin əlindədir. Tam azad bazar, demək olar ki, yoxdur.

Papa qeyd edib ki, bazar olduqca yaxşı şeydir. Lakin dövlət gərək bazara daim nəzarət etsin, balans pozulmasın. Məhz onda sosial bazar iqtisadiyyatı yaranar.

Roma Papası Qərbin Şərqə ixrac praktikasını da pisləyib. Xüsusilə İslam dövlətlərinə, o cümlədən Liviya və İraqa olan münasibəti demokratiyanın pozulması kimi baxıb. O, bildirib ki, Qərb, xüsusilə Avropa Şərqə öz mədəniyyətini göstərməlidir. Şərq ona düşmən kimi baxmamalı, ondan mədəniyyət götürməlidir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir